2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bəylər Əyyubov: “Prezidentin ətrafındakı bu adamlar Əli Kərimlini maliyyələşdirir”

Qənimət Zahid

İlham Əliyevin yaxın çevrəsində  daha kimlər buna bənzər açıqlamalar verə bilər?

Saytların yığılması Saytlarin yigilmasi

Əli Kərimliyə qarşı savaşın növbəti raundu sanki, gözlənilmədən başladı. Sanki, gözlənilmədən… Amma o qədər də deyil. Həm də adətləri üzrə bu dəfə də yeni nəsə düşünüb tapmağa əziyyət çəkmədilər. «Övladlarını hansı pulla oxudur», «nəyin hesabına yaşayır», «onu hətta prezident aparatından maliyyələşdirənlər var» kimi bir tərəfi düşük, o biri tərəfi əsassız yalanlardan ibarət olan həmlələrlə önə keçməyə cəhd elədirlər. Ümumiyyətlə isə texnoloji baxımdan bir yeniliyi müşahidə etmək çətin deyil. Əvvəllər Əli Kərimliyə qarşı danışdırmaq üçün kimlərisə tapırdılar, ələ alırdılar, qorxudurdular, düşərgəsini dəyişdirməyə nail olduqları zəif iradəli adamlardan solistlər düzəldirdilər. İndi buna ehtiyac hiss etmirlər. Ağıllarına gələn bir adamı seçib, həmin adamın adından özləri yazılar yazırlar, ittihamlar düzəldirlər, sonra da onu beləcə də təqdim edirlər: «Ən yaxın adamı Əli Kərimliyə qarşı filan ittihamları səsləndirdi». Gerçəkdə isə təqdim etdikləri həqiqi adamın təbliğat kopyasıdır, əsli ilə düz deyil, orijinalın nəinki təhrif edilmiş, hətta uydurulmuş surətidir. Son həmlə cəhdində də bunu aşkar görmək olur. Əli Kərimlinin ən yaxın dostlarından olan AXCP üzvü Kərim Mehdiyevin adından hansısa sicilləmə yazıb cəmiyyətə təqdim ediblər. Bu, əlbəttə, ilk növbədə elə müraciət etdikləri cəmiyyətə sayğısızlıqdır. Adamları küt yerinə qoymaqdır.

Bəylər Əyyubov bunları söylədimi?

Təsəvvür edin ki, İlham Əliyevə qarşı hansısa ittihamları səsləndirmək üçün biz, məsələn, Bəylər Əyyubovu seçirik. Onun adından bəyanat  hazırlayırıq. «Bəylər Əyyubov dedi ki, İlham Əliyev korrupsionerdir, azğınlaşdırılmış korrupsiya siyasəti ilə ölkəni məhvə doğru sürükləyib» və sairə və ilaxır. Biz cəmiyyətə bu başlıqla yazını hazırlayıb təqdim edə bilərik. İlkin effekt hər bir oxucu üçün nədən ibarət olacaq? Birmənalı olaraq, hamı maraqlanacaq ki, Bəylər Əyyubov bu başlıq altında təqdim edilən materialda daha hansı ittihamları qeyd edib? Uzun bir sicilləmə olacaq. Sonra yazını oxuyan adamların bir hissəsi fikirləşəcək ki, bunlar Bəylər Əyyubovun adından yazılıb, ona aidiyyəti yoxdur, bir başqa qism adamlar şübhə içində qalacaqlar, hər halda, hansısa kəsim də belə fikirləşməkdə davam edəcək ki, Bəylər Əyyubov İlham Əliyevə qarşı ittihamlar yağdırdı və həmin yazı informasiyaya epizodik çıxışı olanlar, eləcə də, xüsusi qərəz daşıyıcıları üçün mənbə rolunu oynayacaq. Kərim Mehdiyevdən  üzr istəyirəm ki, onu Azərbaycandakı diktaturanın odioz simalarından biri ilə şərti olaraq, müqayisə edirəm. Əslində heç onu müqayisə etmirəm, situasiyaları müqayisə edirəm. Müqayisə üçün başqa situasiyalar da ola bilər….

Müqayisə situasiyalarından biri…

Məsələn, bütün inkişaf etmiş, mədəni ölkələrdə dövlət başçılarının, siyasi liderlərin övladları əsasən nə ilə gəlir gündəmə? Ay sağ olun, dünyanın ən yaxşı universitetlərinə qəbul olunmaqla, yüksək təhsil nəticələri ilə. Sonra nə ilə gəlirlər gündəmə? Gənc yaşlarından zəhmətə alışıb, tətil vaxtı işləyib, ailə büdcələrinə kömək etməklərilə. Bəs geridə qalmış Şərq diktatorlarının övladları nə ilə gəlir gündəmə? Doğru anladınız, ofşor hesablardakı milyardlarla, 5 ulduzlu otellərlə, neft və qızıl satışı ilə, təptəzə «Boeing»lərlə, «Gulf Stream»lərlə, sayını itirdikləri villalarla və s. İndi özünüz baxın. Əli Kərimli ilə İlham Əliyev arasında fərqlərin siyahısını tutanda bir də bu tərəfdən müqayisə edin: bu iki şəxsdən biri müasir, mədəni dünyanı, digəri isə dünyada nəsli kəsilməkdə olan acgöz diktaturanı təmsil edir. Yəni seçim bu qədər asandır və təəssüf ki,  Azərbaycan Qərbin Şərqə doğru sonuncu diktaturasına çevrilib…

Prezident Administrasiyasından daha kimlər?

Əli Kərimli Azərbaycanda avtoritarizmə qarşı dirəniş hərəkatının lideridir. Bu mənim subyektiv mülahizələrim deyil.  Hakimiyyətin özünün doğurduğu isterikalar da bunu təsdiq və sübut edir. Ölkədə iqtidar düşərgəsinin tezislərini yayan bütün kütləvi İnformasiya vasitələrində hər gün Əli Kərimli haqqında nəsə bir böhtan, nəsə bir yalan, əsası olmayan ittihamlar yer alır. Onun ətrafında daim formada saxlanılan bir gərginlik var: bütün müavinləri həbs edilib. Onun rəhbərlik etdiyi partiyanın fəalları, gənclər ardıcıl olaraq uzun və ya qısa müddətlərə həbs edilir. Proseslər orada gedir. Bu, diktaturanın özünü təsdiq etmək üçün göstərdiyi siyasi repressiya elementlərindən, cəmiyyəti qorxutmaq üçün təşkil etdiyi inzibati təqiblərdən ibarətdir. İndi bütün iqtidar düşərgəsi Əli Kərimli ilə çəkişməyi özünün cari və strateji təqvim planına daxil edib. İş o yerə çatıb ki, hətta İlham Əliyevin bilavasitə təşkil və rəhbərlik etdiyi idarənin də ƏIi Kərimli ilə gizli əməkdaşlığı barədə ehtimalları yazırlar. Açıq-aşkar yazırlar ki, prezident aparatından kimlərsə Əli Kərimlinin siyasi fəaliyyətini maliyyələşdirir. Maraqlıdır, kimləri nəzərdə tuturlar? Prezident aparatından kimlərsə Əli Kərimlinin siyasi fəaliyyətini maliyyələşdirməyə başlayıbsa, bu, həmin administrasiyanın daxilində İlham Əliyevin perspektivsizliyinə bəslənən inamın nəticəsi ola bilər. Bunu yazan saytların, «əzəmətli jurnalistlərin» hamısı, son nəfərinə qədər hamısı elə həmin prezident aparatının diqtəsi ilə, xüsusi xidmət orqanlarının təhriki ilə işləyən adamlardır. Əgər onlara bu tezislər verilirsə, deməli, orada belə hesab edirlər ki, İlham Əliyev bilavasitə rəhbərlik etdiyi idarənin və kadrların işinə nəzarət edə bilmir. Deməli, hətta prezident aparatında da İlham Əliyevlə müqayisədə Əli Kərimliyə üstünlük verənlər var. Bu, əslində Əli Kərimlinin daha bir uğurudur. Cəmiyyətdə onun tərəfdarları başqalarından daha çoxdur, daha mütəşəkkildir. Bu yaxınlara qədər oliqarxları, nazirləri ittiham edirdilər ki, onlar birbaşa Əli Kərimlini və ya ona yaxın olan sosial-ictimai layihələri maliyyələşdirirlər. Bu sıraya Əliyevin komandasında olduğu bilinən əhəmiyyətli fiqurların adları daxil edilirdi. Yəni, ittihamlardan çıxan nəticə bu idi ki, Nazirlər Kabinetinin tərkibində qüvvələr nisbəti «50: 50»- dir. Kabinetin yarısı İlham Əliyevə, o biri yarısı da Əli Kərimliyə işləyir. İndi isə bu  müstəvinin yeni mərhələsini tapıblar. Sən demə, hətta Prezident Administrasiyasında da önəmli fiqurlar Əli Kərimlinin siyasi fəaliyyətini maliyyələşdirirlər. Mənzərə sanki, tamamlanır, amma sonra da axmaqcasına suallar verənlər tapılır ki, «Əli Kərimli nəyin hesabına yaşayır, övladlarını nəyin hesabına oxudur, partiyanın fəaliyyətini nəyin hesabına maliyyələşdirir»? Elə həmin mənbələrin hesabına, deyə bilərikmi? Yəni, hakimiyyətin önəmli oliqarx elementlərinin və sonuncu ehtimalları da ciddiyə alsaq, Prezident Administrasiyasındakı məchul şəxslərin. İlham Əliyevin sağındakı-solundakı şəxslərin. Bəziləri də haqlı olaraq belə yorum verirlər ki, bu informasiya savaşında tərəflərdən biri Fuad Ələsgərovdur, digəri isə prezidentin köməkçisi Əli Həsənov.

Baxın, Əli Kərimlini maliyyələşdirməkdə ittiham edilənlərin ranqını haralara qaldırdılar?! Əlbəttə, hətta dəyərli Mədət Quliyevin də ağlına gəlməz ki, tabeliyində olan saytlara «Əli Kərimlini İlham Əliyev maliyyələşdirir» ittihamını yazmaq göstərişini versin. Bu, heç zaman olmayacaq. Amma davamlı olaraq İlham Əliyevin sağında-solunda, ən sıx çevrəsindəki adamları tapıb onların boynuna qoyacaqlar ki, «filankəs də Əli Kərimlini maliyyələşdirir».

Hakimiyyət düşərgəsindəki bu isterikanı mən başqa aspektdən də anlamağa çalışıram. Görünür, ölkədəki iqtisadi böhran onları çaşdırıb, kadrlara və komandaya ümumi nəzarət mexanizmi xarab olub, buna görə də hamı bir-birindən şübhələnir ki, görəsən daha kimlər Əli Kərimlinin tərəfinə keçdi? Üstəlik, təsəvvür edin ki, müxalifət düşərgəsinə yaxın olan hansısa media resurslarında bu ehtimalları fakt kimi tərtib edib Bəylər Əyyubovun adından yazanlar da olsa, qiyamət onda qopar!

Bu yazının başlığı uydurmadırmı?

Oxucular bu yazının başlığını fantastik yanaşma kimi qəbul edə bilərlər. Amma məncə, burada fantastikaya bənzəyən heç nə yoxdur. Proses elə gedir ki, çox yaxın zamanlarda Bəylər Əyyubov da olmasa, ona yaxın ranqdan olan bir başqası ya Azərbaycanın daxilindən, ya da xaricindən buna bənzər açıqlamalar verə bilər.

Kərim Mehdiyev əslində nə deyib?

«Dünən gecə xəbər tutmuşam ki, hakimiyyətin tör -töküntüləri liderim Əli bəyə qarşı böhtan kompaniyasına mənim adımı qoşublar. Görürlər ki, Əli bəyə yönələn bütün ittihamlar onun kristall imicini korlaya bilmir, heç kim buna inanmır. İndi fikirləşirlər ki, mənim adimı bu kompaniyaya qoşmaqla böhtanların doğruluğuna sadəlövh insanları inandırsınlar, axı Əli bəyin ən yaxin adamından kim bunu yaxşı bilər.

Bəyan eləyirəm ki, şərəfini, qeyrətini pula satanların bütün niyyətləri boşa çıxacaq.

Əli bəy bütün varlığını Azərbaycan xalqına fəda demiş insandır, onun adı ləkə götürməz

Ey mübariz insanlar, mən ölkədən kənarda bir daha əmin oldum ki, nə yaxşı ki, xalqımızın Əli bəy kimi Lideri var, nə yaxşı ki, Xalq Cəbhəsi Partiyası var.

Sizin sayənizdə Azərbaycanın demokratikləşməsi tezliklə baş verəcək» (sitat burada başa çatır).

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button