2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bakı Avropa Parlamentinin Ermənistanla sülhün bağlanmasına çağıran qətnaməsindən razı deyil

Martın 13-də Avropa Parlamenti “Avropa İttifaqı və Ermənistan arasında sıx əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinin vacibliyi haqqında” qətnamə (2024/2580(RSP) qəbul edib.

Avropa Parlamenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında öz üzvlüyünü donduran, Rusiyadan öz asılılığını azaltmağa, Fransa, Yunanıstan və Avropa İttifaqının digər üzvlərilə hərbi əməkdaşlığı genişləndirməyə çalışan Ermənistanı regionda aparıcı demokratiya hesab edir.

Qətnamədə deyilir ki, Ermənistan toprağında minlərlə rusiyalı əsgər olsa da, Rusiyanın Ermənistanın təhlükəsizliyinə zəmanət verməyə hazır olması baş tutmayıb, Rusiya Ermənistanın demokratik mövqelərini sarsıtmağa çalışır, müdaxilə və dezinformasiya yolu ilə xaos yaradır və sabitliyi pozur.

Saytların yığılması Saytlarin yigilmasi

Sənəddə “Laçın dəhlizinin blokadası”, “Dağlıq Qarabağın qalan hissəsinə hücum” və “100 min erməninin etnik təmizlənməsinə” görə Azərbaycana qarşı kəskin ittihamlar yer alıb.

Avropa İttifaqı Ermənistan və Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir, Ermənistanla Azərbaycan arasında davamlı sülh sazişinə nail olmaq üzrə səyləri fəal şəkildə dəstəkləyir. Sərhədin delimitasiyası və demarkasiyası məsələləri üzrə fikir ayrılıqları qalır, Azərbaycan Ermənistan gömrüyü və sərhədçiləri olmadan Rusiya sərhədçilərinin nəzarət edəcəyi  yol ilə Naxçıvanla əlaqə tələb edir ki, bu da Ermənistanın suverenliyini pozur.

Azərbaycan “Qarabağda erməni mədəni irsinə” ziyan vurub və bunun qarşısını almaq üçün lazımi tədbirlər görülməlidir, sənəd müəllifləri bildirirlər.

Azərbaycan rəhbərliyi Ermənistanın suveren ərazisinə qarşı bəyanatlar verməyə davam edir və Azərbaycan ordusu “Ermənistanın suveren ərazisinin 170 kvadrat kilometrini işğal etməyə” davam edir.

Avropa İttifaqı Ermənistanın Avropa ilə əlaqələrini və demokratiya xeyrinə seçimini möhkəmləndirmək səylərini dəstəkləməlidir. Avropa Parlamenti Ermənistanın Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirmək, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı möhkəmləndirmək səylərini fəal şəkildə dəstəkləməyə, həmçinin Ermənistanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü təhdid edən fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Avropa Parlamenti həmçinin Azərbaycanı Qarabağ ermənilərilə “səmimi” dialoqa, onların təhlükəsizliyinə, o cümlədən “beynəlxalq iştirak şəraitində” öz evlərinə qayıtmaq hüququna zəmanət verməyə, Azərbaycanda həbsdə olan Dağlıq Qarabağ və Ermənistanın bütün sakinlərinə azad etməyə və geniş amnistiya elan etməyə, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisini azad etməyə və Azərbaycan qoşunlarını Ermənistanın suveren ərazisindən çıxarmağa çağırır.

Sonda Avropa Parlamenti prezident Əliyevi yenidən seçilməsi münasibətilə təbrik edən və Azərbaycanı etibarlı tərəfdaş adlandıran Avropa Komissiyasının və Avropa İttifaqının “bəzi” rəhbərlərini tənqid edib. Qətnaməyə 504 deputat səs verib, 32 nəfər əleyhinə olub, dörd nəfər bitərəf qalıb.

Qətnamənin tam mətni:

Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Parlamentinin bu ittihamlarını rədd edib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə öz şərhində bildirib ki, qətnamə əsassız və qərəzlidir, Azərbaycana qarşı ikili standartların bariz nümunəsidir.

Onun sözlərinə görə, qətnamə Ermənistanın və erməni lobbisinin “təsiri altında olan” bir sıra avropalı deputat tərəfindən qəbul edilib və “Azərbaycana qarşı qarayaxma kampaniyasının” bir hissəsidir.

Qətnamədəki absurd və təhqiramiz ifadələr beynəlxalq münasibətlərə ziddir və etik normalar çərçivəsindən kənara çıxır, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi hesab edir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button