2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bakı ayran və dönər ziyafətinə hazırlaşır – “Formula-1” aldatmacası

Dənizkənarı parkda 90 ədəd köşk quraşdırılacaq

Yaxınlaşmaqda olan “Formula-1” yarışları ilə əlaqədar olaraq dənizkənarı parkda 90 ədəd əlavə köşk quraşdırılacaq.
Bu barədə 24saat.org-u özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, həmin köşklərdə əsasən su və dönərin satılması planlaşdırılır:
“Dənizkənarı park boyu yerləşdiriləcək bu köşklər əsasən “Formula-1” yarışları ilə əlaqədar olaraq ölkəmizə gələn qonaqlara xidmət etmək üçün nəzərdə tutulub. Yarış təşkilatçıları hesab edir ki, əcnəbi qonaqların ən çox gəzəcəyi məkanlardan biri olacaq dənizkənarı parkda su və qidaya olan tələbatı rahat şəkildə təmin etmək üçün bir-birindən bəlli məsafədə yerləşən köşklərin quraşdırılmasına ehtiyac var. Yarışlar zamanı müxtəlif mineral suların, ayran və dönərin satılacağı bu köşklərin yarışların başa çatmasından müəyyən müddət sonra yığışdırılması nəzərdə tutulur”.
Mənbənin sözlərinə görə, köşklərin quraşdırılmasında əslində iki başlıca məqsəd var:
“Bu məqsədlərdən biri gələn qonaqlarda ölkədəki bolluq, bərəkət, maddi nemətlərin zənginliyi ilə bağlı təəssürat formalaşdırmaqdır. Hakimiyyət yarışları izləmək üçün gələn əcnəbilərdə Azərbaycanın iqtisadi gücü ilə bağlı mümkün qədər xoş təəəssürat yaratmağı öz imici baxımından vacib hesab edir.
Köşklərin quraşdırılmasında digər bir məqsəd isə yarışın təşkilinə sərf edilən milyonlarla manat vəsaitin xərclənməsi fonunda müvəqqəti iş yerləri yaratmaqla “hər şeyin xalqın rifahı naminə” həyata keçirildiyi fikrini ictimai rəyə sırımaq cəhdidir. Hakimiyyət hesab edir ki, getdikcə iflic vəziyyətinə düşən ölkə iqtisadi həyatını bu kimi adddımlar hesabına süni surətdə hərəkətə gətirmək, daha doğrusu belə bir hərəkətlə bağlı fon yaratmaq zəruridir. Ən azından ona görə ki, təbliğat maşını hakimiyyətin xalqa qayğısı ilə bağlı ictimaiyyətə yeni ad və görkəmdə nə isə təqdim edə bilsin”.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button