2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bakı məhkəməsi casusluğa görə iranlını 12 il azadlıqdan məhrum edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan ərazisində casusluqda ittiham olunan İran vətəndaşı Qaedi Məhəmməd Nəcəf oğluna hökm oxunub.

Məhkəmə onu cəzasını ciddi rejimli koloniyada çəkməklə 12 il azadlıqdan məhrum edib.

Ötən ilin martında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti əcnəbi vətəndaşın saxlanılması barədə bildirmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd olunurdu ki, Qaedi (1994-cü ildə anadan olub) Azərbaycanın təhlükəsizliyinə zərər vurmaqdan ötrü istifadə məqsədilə dövlət sirri təşkil edən informasiyanı toplamaq tapşırığı alıb.

Əsasən söhbət hüquq-mühafizə orqanlarının əməkdaşları haqqında şəxsi məlumatlar, onlarla şəxsi münasibətlərin qurulması və onların xarici kəşfiyyat ilə gizli əməkdaşlığa cəlb edilməsinə dair informasiyadan gedir.

O, Azərbaycan Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsilə cinayət məsuliyyətinə cəlb edilib.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button