2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bakı Paşinyanın Blinken və fon der Lyayn ilə gözlənilən görüşündən narazılığını bildirib

Aprelin 5-də Ermənistan baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayn ilə görüşü keçiriləcək. 

Dövlət Departamentinin mətbuat katibi Metyu Miller gözlənilən görüşün məqsədləri haqqında suala cavabda belə deyib: “Ermənistan və Azərbaycan hökumətləri ilə bağlı məqsədlərimiz tərəfləri mövcud fikir ayrılıqlarını aradan qaldırmağa və möhkəm və etibarlı sülh sazişinin əldə edilməsi üzərində işləməyə təşviq etməkdən ibarətdir”.

Bir müddət əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan görüşün Brüsseldə keçiriləcəyini və orada Ermənistanın inkişafı və sabitliyinin möhkəmləndirilməsi məqsədilə üçtərəfli əməkdaşlığın yollarının müzakirə ediləcəyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Rəsmi Bakı Aİ və ABŞ-ın Ermənistana hərbi yardım göstərməyi planlaşdırdığını hesab edir və qarşıda duran görüşlə bağlı narazılığını bildirib. Xüsusən, Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacızadə Azərbaycan-Ermənistan sərhədində Aİ-nin Monitorinq Missiyasının yerləşdirilməsindən narazılığını ifadə edib. “Bu missiya anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilməkdədir. Bundan əlavə, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malikdir. Bu addımlar həmçinin AİEM-i çəkindirici qüvvə adlandıran və heç bir əsas olmadan Azərbaycanın mümkün müdaxiləsi barədə illüziya yaradan bəyanatlarla müşayiət olunur”, deyə mətbuat katibi qeyd edib.

O, həmçinin Fransanın Ermənistanı öldürücü və hücum tipli silah növləri daxil olmaqla, hərbi texnika ilə təchiz etmək planlarının “narahatlıq doğurduğunu” bildirib. Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının “hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir”. Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, deyə Hacızadə qeyd edib.

Sonda o, Brüsseldə keçiriləcək görüşün “Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada biləcəyini” qeyd edib və bu halda, Aİ və ABŞ-ın Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklərini vurğulayıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button