2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bakıda kişi əvvəl arvadını, sonra özünü öldürüb

Dekabrın 29-u saat 21 radələrində paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Elxan Ələsgərov və 1977-ci il təvəllüdlü Mahidə Əsədovanın birgə yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən ekspert-kriminalistin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb.

İlkin araşdırma nəticəsində Elxan Ələsgərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə arvadı Mahidə Əsədovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra həmin alətlə özünə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

24 saat” “Bakıda kişi əvvəl arvadını, sonra özünü öldürüb” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button