2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bakıda plastik məişət tullantıları satan şəxs döyülüb

Bakıda döyülmə hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə Binəqədi şosesində qeydə alınıb.
Belə ki, məişət tullantılarından plastik əşyalar toplayaraq satmaqla məşğul olan 1971-ci il təvəllüdlü Məmmədov Pərviz Şahvələd oğlu yolu keçərkən onun yük çantası “Mercedes” markalı minik avtomobilinə toxunub. Bu səbəbdən də minik maşınının sürücüsü avtomobildən düşərək P.Məmmədova etirazını bildirib. Tərəflər arasındakı mübahisə dava ilə nəticələnib.
Bu zaman sürücü minik maşınındakı bellə P.Məmmədova üz nahiyəsindən xəsarət yetirib. Xəsarət almış P.Məmmədov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button