Bakıda qəribə olay: qadın məhkəmədə hakim və prokuroru döydü - 24 saat xəbərlər
Now Reading:
Bakıda qəribə olay: qadın məhkəmədə hakim və prokuroru döydü
Full Article 40 second read

Bakıda qəribə olay: qadın məhkəmədə hakim və prokuroru döydü

Sabunçu Rayon Məhkəməsində insident baş verib: oğlu oöurluğa hörə mühakimə ediləmn qadın hakimə və prokurora fiziki təzyiq göstərib

“Report”un əldə etdiyi məlumata görə, T.Səfərova məhkəmə iclasına sədrlik edən hakim Süleyman Ağayevə qarşı fiziki təzyiq göstərib.

Belə ki, oğurluqda təqsirləndirilən O.Səfərovun anası T.Səfərova dövlət ittihamçısının çıxışından sonra məhkəmə zalına daxil olub.

O, əvvəlcə prosesə sədrlik edən hakimin üzərinə gedib. Qadın hakim S.Ağayevə qarşı fiziki təzyiq edəndən sonra dövlət ittihamçısının yaxasından tutub. Bu zaman məhkəmə iclasında olan nəzarətçilər T.Səfərovanı zaldan çıxarıblar.

Məlumata görə, Sabunçu Rayon Məhkəməsinə hüquq-mühafizə orqanları əməkdaşları çağırılıb.

T.Səfərovanın psixi problemlərinin olduğu bildirilir.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Input your search keywords and press Enter.