2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bakıya ölüm keçirmək istəyən ermənini “qəhrəman” etmək istəyirlər – FOTO

“Ermənistanın Xarici İşlər Nazirliyindən, Baş Prokurorluğundan və Ədliyyə Nazirliyindən məktublar aldım. Onlar deyirlər ki, müraciəti qəbul olunub və XİN-ə göndərilib, XİN isə yazır ki, müraciətimi Rusiyanın Bakıdakı səfirliyinə yollayıblar. Hər dəfə müraciət edəndə bu qapalı dairə təkrarlanır.  Hər dəfə məktub yazanda belə cavab verirlər. Ombudsmandan isə hələ də cavab məktubu almamışam. Rusiya tərəfi hansısa addım atmaq, qərar qəbul etmək niyyətindədirmi?! Yaxşı sualdır. Bu sualı Rusiyanın Bakıdakı səfirliyinə, məktub yazdığım bütün dövlət qurumlarına ünvanlayıram. Yalvarıram. Amma hələ də suala cavab almamışam”.

Ermənistan vətəndaşı Marianna Mirzoyan belə deyir.

O, Bakıda həbs olunmuş Marat Ueldanov-Qalustyanın bacısıdır. Mariananın ilk baxışdan çox riqqətli kəlmələr, emosional müraciət təsiri bağışlayan bu açıqlaması, şəksiz ki, əks-təsirə hesablanıb. Erməni qadın özünü tam haqlı sayır, qarşı tərəfləri, yəni Ermənistanın dövlət qurumlarını, Rusiya XİN-i, habelə Rusiyanın Bakıdakı səfirliyini və xüsusilə də Azərbaycanı tam haqsız bilir.

Saytların yığılması Saytlarin yigilmasi

Halbuki, tam tərsinədir.

Marianna Mirzoyan Bakıda həbs olunmuş qardaşının əməlindən xəbərdardır: sadəcə, “milli mənsubiyyət məsələsi”ndən yararlanaraq məqsədinə çatmağa, ağı qara, qaranı da ağ göstərməyə çalışır.

Ermənistandan Azərbaycana münasibətin, konkret vətəndaş və ya fərdin davranışının fərqli variantına güvənmək də yanlış olardı.

Məsələ isə qələmə verildiyi kimi mürəkkəb yox, sadə, hətta çox sadədir.

Məsələ milli mənsubiyyət yox, narkotik qaçaqmalçılığıdır

Ermənistanda sözün əsl mənasında siyasi və media şivəninə səbəb olmuş məsələ Marat Ueldanov-Qalustyanın Bakıda saxlanması ilə bağlıdır.

Bu şəxs ərzaq və yemək təminatı xidməti göstərən, Avstriyanın “Do&Co” şirkətinin əməkdaşıdır, Bakıda da ezamiyyətdə olub.

Avstriyanın “Do&Co” şirkəti Ueldanov-Qalustyanı 2016-cı ilin iyunun 6-da Bakıya, beynəlxalq “Formula-1” avtoçempionatının mərhələ yarışına ezamiyyətə yollamışdı.

Marat Ueldanov-Qalustyan da Bakıya “əliboş” gəlməyib, böyük miqdarda narkotik maddəni sərhəddən keçirməyə cəhd göstərib. Bu ermənini Binədəki Heydər Əliyev beynəlxalq hava limanında saxlayıblar.

İyunun 9-da Azərbaycanda Cinayət Məcəlləsinin 234.4.3 maddəsinə uyğun olaraq M.Ueldanov-Qalustyan indi xüsusilə böyük miqdarda narkotik maddələr, psixotrop vasitələr və prekursorların hazırlanması, istehsalı, alınması, saxlanması, daşınması, göndərilməsi və ya satışında suçlanıb.

Həm də Rusiya vətəndaşı olan Marat Qalustyan ermənidir. Lakin o, Azərbaycana gəlmək üçün arvadının soyadını götürüb və olub Marat Ueldanov.

Özü də Marat dəfələrlə Azərbaycanda olub, sərhədi keçib, burada ezamiyyət zamanı işləyib və ona sırf milli mənsubiyyəti baxımından kimsə iradını bildirməyib.

Yəni saxlanmayıb, tutulmayıb, dindirilməyib.

Rusiyanın Bakıdakı səfirliyi situasiyadan agahdır və rəsmi İrəvanın isteriyasına rəğmən, baş verənlərin məğzini, səbəbini əla bilir. Bu səbəbdən də səfirlik Ueldanov-Qalustyanın ailə üzvlərinə və qohumlarına “soyuqqanlı, səbrli” olmağı məsləhət bilib.

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi ölkənin Azərbaycandakı səfirliyinin konsulluğundan Azərbaycanda Rusiya vətəndaşı Marat Ueldanovun saxlanılması ilə bağlı informasiya gözləyirdi.

Bu barədə RF XİN-in nümayəndəsi Mariya Zaxarova “Facebook” sosial şəbəkəsində yazmışdı.

Daha əvvəl məlum olmuşdu ki, iyunun əvvəlində Azərbaycanda Cinayət Məcəlləsinin 234.4.3 maddəsinə – iri həcmdə narkotik vasitələrin əldə edilməsi, istehsalı, saxlanılması və yayılmasına görə ittiham edilərək erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb.

Saxlanılanın bacısı Mariana Mirzoyanın (Qalustyan) sözlərinə görə, M.Ueldanov artıq bir neçə dəfə Azərbaycanda olub və onun ölkəyə girişi ilə bağlı heç bir problemi olmayıb.

…Rusiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşı Marat Ueldanovun Bakıda həbs olunmasına milli kontekstdə baxmır.

Bunu da Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə deyib.

O, Ermənistan mediasını məsələ ətrafında spekulyasiya etməməyə çağırıb: “Rusiyanın dövlət orqanları öz vətəndaşına hansısa milli kontekstdə yanaşa bilməz. Bu mümkün deyil, spekulyasiya etməyin, özünüzü bilməzliyə qoymayın. Bir daha təkrar edirəm ki, bizim üçün Rusiya vətəndaşları milliyyətinə görə bölünmür. Sizin ölkənizdə bunun necə olduğunu bilmirəm, amma bizdə belədir”.

Səfirlik danışdı

Rusiya vətəndaşı M.V.Ueldanov narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılıb, ona qarşı başqa ittiham irəli sürülməyib.

Rusiyanın Azərbaycandakı səfirliyindən Qalustyan familiyalı erməni olması iddia edilən Rusiya vətəndaşının M.V.Ueldanovun saxlanması ilə bağlı məsələni şərh edərkən məlumat verilmişdi.

Bildirilib ki, hazırki vaxta qədər səfirlik Azərbaycan tərəfindən lazım olan məlumatı alıb. Səfirliyin əməkdaşı M.V.Ueldanov ilə görüşüb. Hazırda M.V.Ueldanov ilə bağlı araşdırmalar aparılır. Onun günahlandırılan şəxs kimi bütün hüquqları qorunur. Proses hüquqi müstəvidə gedir.

“Saxlanılan şəxs milliyyətcə ermənidir və bu faktor araşdırmanın gedişinə heç bir təsir göstərmir”, – səfirliyin açıqlamasında deyilirdi.

Səfirlik M.V.Ueldanovun işinin Azərbaycan qanunvericiliyinə və Rusiya-Azərbaycan razılaşmalarına tam uyğun şəkildə araşdırılacağına ümid edir.

Qeyd edək ki, iyunun 9-da Azərbaycanda Cinayət Məcəlləsinin 234.4.3 maddəsinə – iri həcmdə narkotik vasitələrin əldə edilməsi, istehsalı, saxlanılması və yayılmasına görə ittiham edilərək erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb və o, istintaq təcridxanasına yerləşdirilib.

“Mən artıq yoxam”

Marat Ueldanov-Qalustyanın bacısının iddiasına görə, guya qardaşı Bakıdan ona zəng vurub: “Mənə dedi ki, artıq barəsində cinayət işi qaldırılıb, məhkəməsi olacaq. Sonra söylədi ki, ona barat, məktub yollamayım. “Mən adda qardaşın artıq yoxdur”, – dedi, ağladı, dəstəyi asdı”.

Ermənistan mediasında isteriyadır. Axı balaca məsələ deyil: Bakıda saxlanmış erməni İrəvana zəng vurur, bacısı ilə danışır, “məni artıq yox bilin” söyləyir, ağlayır, sızlayır, sonra dəstəyi asır.

Hind filmlərindəki “ürəkparçalayan”, yəni bayağı, şit səhnələrdə olduğu kimi bir məqam.

İstintaq təcridxanasında saxlanan insanın bacısı ilə danışanda “məni ölmüş bilin” deməsi nə qədər məntiqi, ağlabatandır, belə açıqlamanın reallıq səviyyəsi nədir – bu məsələlər Ermənistan mediasının, siyasətçilərinin, prezident Serj Sarkisyan rejiminin eyninə də deyil.

Başqa məsələ ermənilər üçün daha vacibdir: “Bakıda erməni tutulub”.

Əsas milli mənsubiyyətdir – yerdə qalan ermənilərçün füzundur.

Üstəlik, ermənilər iddia edirlər ki, sən demə, M.Ueldanov-Qalustyan “Ermənistanın xeyrinə casusluq etməkdə” də suçlanır.

Yalan, absurd və idiotizmdir bu iddia.

Nədən ki, hələ ötən ilin iyulun 28-də Rusiyanın Azərbaycandakı səfirliyi Azərbaycanın müvafiq orqanları tərəfindən M.Ueldanov-Qalustyanla bağlı məlumatlandırılmışdı.

Rəsmi Moskva da indiyədək dəfələrlə bəyan edib ki, Bakıda saxlanan erməniyə qarşı sadəcə, narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb.

Digər maddələrlə ittiham irəli sürülməyib.

Məsələ Rusiya dövlət orqanlarının diqqətindədir və Rusiya səfirliyinin əməkdaşları da Uealdanov-Qalustyanla dəfələrlə görüşüblər. Daha konkret olsaq, Rusiya səfirliyinin əməkdaşları vətəndaş Ueldanova iki dəfə baş çəkiblər: ötən il iyulun 28-də və dekabrın 16-da. Axırıncı görüş iki saat çəkib. Növbəti görüşə hazırlıq gedir.

Mariya Zaxarova ermənilərə səslənib: “Xahiş edirik ki, bu məsələnin həssaslığını nəzərə alaraq doğru olmayan məlumatı yaymamaqdan ötrü bizimlə əlaqə saxlayasınız”.

Ermənilərsə deyilənləri eşitmək niyyətində deyillər: İrəvanda “Ueldanov-Qalustyan” şivəni davam edir.

Bakıya külli miqdarda narkotik maddə gətirməkdə suçlanan, adi narkokuryerliklə məşğul olmaqda ittiham olunan bir ermənini İrəvan az qala “millət fədaisi”nə çevirməyə çalışır.

Gülünc, həm də tragik olaydır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button