2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Baltik ölkələri  xarici işlər nazirləri: "Ukrayna qalib gəlməlidir"

Bazar ertəsi Estoniya, Latviya və Litvanın xarici işlər nazirləri Vaşinqtona səfər ediblər və rəsmi görüşlərdə öz birliyini və Ukraynaya sarsılmaz dəstəyini ifadə ediblər, Turan-ın Vaşinqton müxbiri bildirib.

Bu həftə hər üç Baltik ölkəsi sovet kütləvi deportasiyasının 75 illiyini qeyd edir. O zaman on minlərlə günahsız insan Sibirə göndərilərək orada həlak olub.

“Müasir Rusiyada Stalinin varisləri Ukraynada soyqırım törədirlər. Bu cür cinayətləri unutmaq və bağışlamaq olmaz”, – Baltik ölkələrinin nümayəndələri deyiblər.

Saytların yığılması Saytlarin yigilmasi

“Biz istəyirik ki, bu, nə bizdə, nə də Avropa İttifaqına üzv olmaq istəyən Ukrayna və Moldova kimi digər ölkələrdə və 2008-ci ildə təcavüzə məruz qalan Gürcüstanda təkrarlanmasın”, – Litvanın xarici işlər naziri Qabrielyus Landsbergis dövlət katibi Entoni Blinkenlə görüşdə deyib.

Dövlət Departamentinin hesabatına görə, Baltik ölkələri nazirləri NATO-nun gücünü və Avropada təhlükəsizliyin təminatındakı rolunu təsdiqləyərək Alyansın şərq cinahının təhlükəsizliyinin vacibliyini qeyd ediblər.

“Dövlət katibi və nazirlər qeyd ediblər ki, ABŞ, Estoniya, Latviya və Litva Ukraynaya dəstəkdə birləşib”, – Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller deyib.

Jurnalistlərin qarşısında çıxış edən estoniyalı nazir Marqus Tsaxkna bildirib ki,  “Ukrayna bizim üçün mübarizə aparır… və Qərb bunu başa düşməlidir”.

Latviyanın xarici işlər naziri Krişyanis Karinş deyib: “Ukrayna qalib gəlməlidir!”Biz Rusiyanın uğur qazanmasına imkan verə bilmərik və o, məsuliyyətə cəlb edilməlidir”.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button