2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Bank Standard”da 150 minə yaxın əmanətçinin pulu qalıb”

Bu gün Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Bank Standard” QSC-də Kreditorlar Komitəsinin ilk iclasını keçirir.

 

Saytların yığılması Saytlarin yigilmasi

İclasda Komitənin üzvü – hüquqi şəxslərin nümayəndələri, eləcə də Bankdan böyük məbləğdə alacağı olan fiziki şəxslər iştirak edirlər.

 

İclasda çıxış edən ADIF-in icraçı direktoru Azad Cavadov bildirib ki, ləğvetmə prosesində olan banklardakı 3,2 mlrd. manat vəsaitin 1,2 mlrd. manatı “Bank Standard”dadır. Bu pul 150 minə yaxın əmanətçiyə məxsusdur.

 

Onun sözlərinə görə, Kreditorlar Komitəsinin tərkibinə 20 hüquqi və fiziki şəxs daxil olsa da, kiçik əmanətçilərin də hüquqları qorunacaq və bunun üçün ictimai birliklər təşkil edilib.

 

A.Cavadov onu da qeyd edib ki, yaxın 1 ay ərzində ləğvetmə prosesində olan digər kommersiya banklarının Kreditorlar Komitənin iclası keçiriləcək.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button