2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Banklardan sahibkarlara daha bir zərbə

Xəbər verdiyimiz kimi, dünəndən banklar sahibkarlara məxsus plastik kartlardan nağdlaşdırmanı dayandırıb. Fins.az-ın məlumatına görə, banklar bunu “Nağdsız hesablaşmalar haqqında” qanunda nəzərdə tutulan nağdsız hesablaşmalara tətbiq edilən limitlər ilə əlaqələndirirlər.
İqtisadçı ekspert Vüqar Bayramov isə açıqlamasında bu addımın qanunvericiliyin tələblərinə zidd olduğunu deyib: “Çünki qanunvericilik nağdsız hesablaşmaları qadağan etmir, məhdudlaşdırır. Məhdulaşdırma isə heç də qadağanın tətbiq edilməsi anlamına gəlmir və gəlməməlidir. Əvəllər də qeyd etdiyimiz kimi, mövcud infrastruktur sadələşdirilmiş vergi subyektləri üçün 15, əlavə dəyər vergisi ödəyiciləri üçün müəyyənləşdirilmiş 30 min manatlıq limitlərin tətbiqinə tam hazır deyil. Kartlardan nağdılaşdırmaya tətbiq edilən qadağa da məhz bununla bağlıdır”.
hər zaman nağdsız ödənişlərin genişləndirilməsini dəstəkləyən iqtisdaçı hesabe dir ki, bu tip islahatlar biznesin inkişafına maneə olmadan mərhələli şəkildə həyata keçirilməlidir.
“Kartlardan vəsaitlərin nağdlaşdırılmasının qadağan edilməsi, xüsusən də regionlarda nümayəndəliyi olan şirkət və təşkilatlar üçün çətinliklər yaradacaq. Bu əslində şirkətlərə plastik kartlar, yəni nağdsız şəkildə öz tərəfdaşlarına və nümayəndəliklərinə ödəniş imkanı verirdi. Bu baxımdan, qanunvericiliyin mövcud tələblərinə əsasən kartlardan pul çıxarılmasının qadağan edilməsi deyil, limitlər daxilində məhdudlaşdırılmasına ehtiyac var”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button