2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Baş nazir istefa qərarından daşındı

Çexiyanın baş naziri Boquslav Sobotka istefa vermək və hökuməti buraxmaq fikrindən daşınıb.

Bunun əvəzinə Sobotka Nazirlər Kabinetinin tərkibində dəyişiklik etməyə qərar verib.

Saytların yığılması Saytlarin yigilmasi

Qərara əsasən baş nazirin müavini, eyni zamanda Çexiyanın maliyyə naziri Andrey Babiş istefaya göndəriləcək.

Baş nazirin fikrincə, bu qərar hökumət daxilindəki mübahisələrə son qoyacaq.

Sobotka fikrini prezident Miloş Zemanın onun istefa qərarı ilə razılaşmamasından sonra dəyişib.

Çünki bu halda Babiş hökumətdə təmsilçiliyini davam etdirməli idi.

Xatırladaq ki, Andrey Babişin vergidən yayınması ilə bağlı qalmaqaldan sonra Sobotka vəzifəsini tərk edəcəyini açıqlamışdı.

Gültəkin

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button