2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Baş Prokurorluq 3 milyardlıq korrupsiyaya bəraət qazandırdı

Pulları köçürən Baktelekom MMC-ə qarşı nə vaxtsa cinayət işi açılb və sonradan iş bağlanıb

Azərbaycan hakimiyyətinin 2012-14-cü illəri əhatə edən, 3 milyardlıq korrupsiya əməliyyatı barədə beynəlxalq araşdırmaçı jurnalistlərin (OCCRP) ortaya çıxardı faktlar aidiyyatı olan bütün ölkələri silkələyib və onların bəzisində artıq rəsmi araşdırmalara da başlanıb. Azərbaycanda isə hakimiyyət nümayəndələri hətta belə bir əməliyyatın olduğunu ciddi inkar etmədən, araşdırmanı aparanları və yayanları söyüb-yamanlamaqla məşğuldur. Yəni siyasi hakimiyyət həmişəki kimi, bu dəfə də faktların qarşısına sadə qara-qışqırıqla çıxıb.

Saytların yığılması Saytlarin yigilmasi

Amma Azərbaycanın hüquq-mühafizə orqanları, konkret prokurorluğu da hadisəyə siyasi hakimiyyətdən fərqli yanaşmaq niyyətində deyil. Hər halda Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultatovun BBC-ə dediklərindən belə anlaşılır. E.Sultanov bildirib ki, Baş Prokrurlorluq prezident aparatının OCCRP-nin təhqiqatındakı iddialara münasibətilə razılaşır və “təxribat xarakterli” iddiaları araşdırmayacaq.

Azərbaycan tərəfdən bu korrupsiya mexanizmində əsas iştirakçı şirkət Baktelekom MMC-dir. Lakin bu şirkət, adlardakı hədsiz yaxınlığa baxmayaraq, hazırda rabitə təchizatçısı olan, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsis etdiyi Baktelecom (Bakı Telefon Rabitəsi MMC) şirkətindən fərqlidir (arada 1 hərf fərqi var – k/c).

Maraqlı məqamlardan biri də budur ki, 3 milyardlıq korrupsiya mexanizmində pulköçürən kimi mərkəzi rol alan bu şirkətə qarşı vaxtilə cinayət işi də açılıb. Bunu BBC Azərbaycancaya Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentindən bildiriblər. Departamentdən deyiblər ki, Baktelekom MMC-ə qarşı keçmişdə cinayət işi açılıb, lakin daha sonra bu iş dayandırılb. Cinayət işinin tarixi, müddəti və səbəbi barədə məlumat almaq mümkün olmayıb.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button