Loading...
Loading...
Xəbərlər

Baş Prokurorluq media və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edir

Hüquqşunas Ələsgər Məmmədli hesab edir ki, “Prokurorluq Media haqqında Qanunun 14-cü maddəsinə istinad edir. 14-cü maddədəki tələblər isə şəxslərə yönəlik tələb deyil…”

Məlumatda deyilir:

“İctimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün aidiyyəti şəxslər Baş Prokurorluğa dəvət olunmaqla barələrində prokuror təsir tədbirləri görülüb”.

Baş Prokurorluğun xəbərdarlığnda qeyd olunur ki, “Səxavət Məmmədov, Rövşən Məmmədov, Zülfüqar Ələsgərov, Elgün Rəhimov, Füzuli Qəhramanı, Zeynal Baxşiyev və Ruslan İzzətliyə “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib”.

Baş Prokurorluq “media subyektləri və sosial şəbəkə istifadəçilərinə müraciət edərək bir daha bildirir ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur”.

Xəbərdarlığı özünün Facebook səhifəsində şərh edən Media üzrə hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, məlumatı oxuyanda bunu hazırlayanların və ötürənlərin ciddi şəkildə Prokurorluğun imicini yerlə-yeksan etdiyini görürük.

“Ölkənin hüquq sisteminin ən önəmli “gözətçisi” olan bir qurumun adından belə bir məlumat necə paylaşılır? Sadəcə ağıl almır.

Məlumatda deyilir: “Media haqqındaAzərbaycan Respublikasının Qanununun 14.1.11-ci maddəsinin tələbləri, yəni faktların və hadisələrin qərəzsiz və obyektiv təqdim olunması, birtərəfliliyə yol verilməməsi haqqında tələblərə riayət olunmayıb. Daha sonra da bu səbəbdən bir neçə şəxsə xəbərdarlıq edildiyi bildirilir.

Hüquqşünas sual edir ki, bəs bu məsələdə ” ağıl almayan nədir?”

“Prokurorluq Media haqqında Qanunun 14-cü maddəsinə istinad edir. 14-cü maddədəki tələblər isə şəxslərə yönəlik tələb deyil, mediaya yönəlik tələbdir. Zatən maddənin adı da belədir: “Maddə 14. Mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər”

Ələsgər Məmmədli yazır ki, sözü gedən bu tələb fərdlərə, sosial media istifadəçilərinə deyil, qanunda 1-ci maddədə anlayışlar hissəsində media subyekti kimi tanınan, ifadə edilən media subyektlərinə aiddir.

“Ruslan İzzətli, Səxavət Məmməd və s. adda media subyekti mövcud deyil. 14-cü maddəni fərdləri sıraya düzmək üçün istifadə edə bilməzsiz!” deyə hüquqşünas bildirir.

Ələsgər Məmmədliyə görə, fərd öz statusunda mövqeyini ifadə edir və qanunvericilik ona balanslı informasiya yayma öhdəliyi qoya bilməz.

“Adından göründüyü kimi fərdin şəxsi mülahizələridir, düşüncələdidir yayır, tənqid edir və s. Halbuki, Prokurorluğun isnad etdiyi yarımbənddə “birtərəfliliyə yol verməmək” şərtini görürük. Bu şərt sosial media istifadəçisinə yox, media subyektinə yönəlik tələbdir. Bəli, media birtərəfliliyə yol verməməlidir. Yəni AZTV, İTV, REAL TV, AZƏRTAC və s media subyektləri birtərəfli məlumat yaymamalıdırlar”.

Gözdən qaçırmayın:  Avropada meymun çiçəyindən ilk ölüm halı qeydə alınıb

Hüquqşunas bildirir ki, əgər Prokurorluq media subyektlərinin “birtərəfliliyini” monitorinq edib xəbərdarlıq edəcəksə, gərək yuxarıda adını yazdığı və yazmadığı bütün media subyektlərinin hər saat başı xəbərlərindən sonra onlara bir xəbərdarlıq etsin.

Ələsgər Məmmədli medianın fəaliyyətinə bu qədər kobud və qanunsuz müdaxilənin yolveriməz olduğunu bildirir. Medianı monitorinq etmək, onun peşə davranış qaydalarına görə balanslı olub-olmadığını müəyyən etmək onun özünütənzimləmə qurumunun işi ola bilər, prokurorluğun yox. Yetər artıq!

AzadliqRadiosu

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button