2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Baş Prokurorluq Mustafa Hacıbəyliyə ordu xəbərləri ilə bağlı xəbərdarlıq edib

Saytların yığılması Saytlarin yigilmasi
Mustafa Hacıbəyli
Mustafa Hacıbəyli.

”Sızdırılan məlumatları yenə dərc edəcəyik”

Mayın 23-də bastainfo.az saytının baş redaktoru Mustafa Hacıbəyli Respublika Prokurorluğuna çağrılıb.

Mustafa Hacıbəylini respublika prokurorunun birinci müavini Rüstəm Usubov qəbul edib.

Bu barədə Meydan TV-yə açıqlama verən M.Hacıbəyli deyib ki, Rüstəm Usubov ona bastainfo.az-da dərc olunan bir neçə yazı haqda xəbərdarlıq edib. 

“Söhbət ordudakı vəziyyətlə əlaqədar dərc olunan yazılardan gedir. Həmin yazılarda orduda baş verən həbslər və zabitlərin müəmmalı ölümü işıqlandırılıb. Cənab Usubov hərbi, istintaq və dövlət sirlərinin yayılmasının məsuliyyət yaratdığını söylədi və mənə hazırladıqları xəbərdarlığa imza atdırdılar”.

M.Hacıbəyli R.Usubovun xəbərdarlığını təzyiq kimi qiymətləndirdiyini bildirib:

“Əgər bu cür məlumatlar jurnalistlərə çatırsa, artıq hərbi, istintaq sirrindən danışmağa ehtiyac yoxdur. Ona görə də bizə gələcəkdə sızdırılan məlumatları yenə dərc edəcəyik”.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button