2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Baş Prokurorluqda ATƏT-in DTİHB Seçki Müşahidə Missiyası ilə görüş keçirilib

Yanvarın 31-də Baş prokurorun birinci müavini Elçin Məmmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının rəhbəri Ouen Mörfi ilə görüşüb.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir ki, fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkilərinin azad və demokratik şəraitdə keçirilməsi, seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi məqsədi ilə görülən işlərdən danışan Elçin Məmmədov seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib.

Ouen Mörfi azad seçki mühitinin və seçki ilə əlaqədar şikayətlərə vaxtında hüquqi qiymət verilməsinin önəmini vurğulayıb. Missiya rəhbəri Mərkəzi Seçki Komissiyası ilə yanaşı prokurorluq orqanlarının maarifləndirmə sahəsindəki əməyini yüksək qiymətləndirib.

Saytların yığılması Saytlarin yigilmasi

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button