2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Baş Prokurorluqda korrupsiya müzakirələri

“Korrupsiyaya ilə mübarizə Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətidir. Bu mübarizə möhkəm siyasi iradəyə əsaslanır”.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Heydər Məmmədov belə deyib.

Saytların yığılması Saytlarin yigilmasi

O, Bakıda keçirilən “Korrupsiya xarakterli cinayətlərdə istintaq sazişinin tətbiqi” mövzusunda tədbirdə çıxış edib. Tədbir bu gün, mayın 24-ü Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Avropa Komissiyasının birgə təşkilatçılığı ilə düzənlənib.

Bu haqda Baş Prokurorluq xəbər verir.

H.Məmmədov korrupsiyaya ilə mübarizədə beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

Tədbirdə İtaliya, Böyük Britaniya və Rumıniyadan olan ekspertlər iştirak ediblər.

Onlar korrupsiya ilə bağlı istintaq sazişinin müxtəlif hüquq sistemlərində tətbiqi xüsusiyyətləri, saziş çərçivəsində zərərçəkənlərin hüquqlarının qorunması haqda müzakirələr aparıblar.

Azərbaycanda korrupsiya ilə mübarizə ilə bağlı fərqli düşünənlər də var. Aparıcı müxalifət partiyaları isə hesab edirlər ki, ölkədə korrupsiya ilə mübarizə yox, bunun imitasiyası yaradılır. Onların fikrincə, bu da korrupsiya ilə mübarizədə siyasi iradənin olmamasından irəli gəlir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button