2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Baxmutda ağır döyüşlər getdiyi deyilir

Son 24 saat ərzində Ukrayna qüvvələri Baxmut şəhərində və onun ətrafında Rusiyanın hücumlarının qarşısını alıb. Hər iki tərəfdən komandirlər şərqi Donetsk vilayətindəki şəhərdə vəziyyətin “çətin” olduğunu bildirir.

Saytların yığılması Saytlarin yigilmasi

“Son bir gündə Müdafiə Qüvvələrimizin bölmələri düşmənin 102 hücumunu dəf ediblər… düşmən Baxmut şəhərini ələ keçirmək cəhdlərinə ara verib”, – Ukrayna silahlı qüvvələrinin Baş Qərargahı martın 13-də bildirib.

Ukrayna quru qüvvələrinin komandiri, general Oleksandr Sırski isə martın 13-də deyib ki, “Baxmut ətrafında vəziyyət çətin olaraq qalır”. Sırskinin Telegram-da yazdığına görə, Baxmutdakı Ukrayna qüvvələri Rusiyanın Vaqner özəl muzdlu şirkətinin davamlı hücumlarına məruz qalırlar, onlar şəhər mərkəzinə çatmaq üçün dəfələrlə hücum ediblər.

Vaqner-in başçısı Yevgeni Priqojin isə martın 12-də Rusiyanın TASS dövlət xəbər agentliyinə deyib ki, qüvvələri “ağır” döyüşlə üzləşiblər, Ukrayna ordusu şəhərə “bitib-tükənməyən rezerv qüvvələr” göndərir.

“Baxmutda vəziyyət çətindir, çox çətindir, düşmən hər bir metr uğrunda vuruşur”, – o söyləyib.

“Biz şəhər mərkəzinə yaxınlaşdıqca döyüş daha da ağırlaşır, bizə qarşı daha çox artilleriya və tankdan istifadə edirlər. Ukraynalıların tükənməz ehtiyatlarla təchiz edirlər. Amma irəliləyirik, irəliləməyə davam edəcəyik, Rusiya ordusunun şöhrətinə utanc gətirməyəcəyik”, – Priqojin vurğulayıb.

Tərəflərin dediklərini müstəqil təsdiqlətmək mümkün olmasa da, hərbi təhlilçilər həm Rusiya, həm də Ukraynanın itkisinin böyük olduğunu deyirlər.

Britaniyanın Müdafiə Nazirliyi isə martın 13-də gündəlik bülletenində qeyd edir ki, Vaqner-in müharibədə itkilərini məhbusların hesabına dolduran Priqojin daha həbsxanalardan qüvvə yığa bilmir, çünki Müdafiə Nazirliyi ilə çəkişməsi davam edir.

“Qadağa qalarsa, Priqojin Vaqner-in Ukraynadakı əməliyyatların miqyasını, yaxud intensivliyini azaltmalı olacaq”, – bülletendə vurğulanır.

Britaniyanın hesablamalarına görə, “Vaqner-in Ukraynaya göndərdiyi məhbusların demək olar yarısı itirilib”.

Ukrayna ordusunu martın 12-də bildirib ki, Rusiya qüvvələrinin Xersonda mülki hədəfi atəşə tutması nəticəsində iki nəfər öldürülüb, üç nəfər xəsarət alıb.

24 saat” “
Baxmutda ağır döyüşlər getdiyi deyilir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button