2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bayden marixuana saxlamağa ittihamıyla məhkum olunanları əfv edir

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Co Bayden marixuana saxlama ittihamı ilə məhkum olunanları əfv edib. Bu barədə “Reuters” məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata görə, Bayden deyib ki, “çox sayda insanın həyatını alt-üst edən” səhvləri düzəltməyin vaxtı çatıb.

Bildirilir ki, əfv fərmanı 1992-ci ildən 2021-ci ilə qədər məhkum olunmuş 6 min 500-dən çox insanı əhatə edir.

O da qeyd olunur ki, başqa ittihamlarla müşayiət olunmayan, yalnız marixuana saxlama ittihamı məhkum edilmişlər əfv olunacaqlar.

Bayden əyalət qubernatorlarını da bu səbəbdən cəzalandırılanları əfv etməyə çağırıb.

“Heç kim yalnız marixuanaya görə federal həbsxanada qalmadığı kimi, heç kim bu səbəbdən yerli həbsxanada və ya əyalət həbsxanasında olmamalıdır”-Bayden deyib.

O qeyd edib ki, marixuana saxladığına görə cəzalandırılan şəxslər işə müraciət edərkən, təhsil müəssisələrinə daxil olarkən, eləcə də kirayə və ya ev alarkən zərər çəkə bilərlər.

Reuters-in yazdığına görə, ABŞ-ın 40-a yaxın ştatı marixuanadan istifadəni müəyyən formada qanuniləşdirib, lakin bəzi ştatlarda və federal səviyyədə bu, tamamilə qeyri-qanuni olaraq qalır.

Baydenin prezidentlik kampaniyasının məqamlarından biri də ABŞ-da marixuana ilə bağlı siyasətin yumşaldılması ilə bağlı olub.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button