2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bayden Rusiya hərbi maşınının maliyyə vasitəçilərinə qarşı sanksiyaları genişləndirir

Vaşinqton/22.12.23/Turan: ABŞ prezidenti Co Bayden bu gün bəzi Rusiya məhsullarının idxalına qadağa və Rusiyanın sanksiyalardan yayınmasına kömək edən maliyyə müəssisələrinə qarşı sanksiyaların tətbiq edilməsi haqqında fərman imzalayacaq, bu barədə Turan-ın Vaşinqtondakı müxbiri xəbər verib.

“Rusiyanın qonşusuna qarşı müharibə aparmaq qabiliyyətini sarsıtmaq üçün müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə ona qarşı indiyədək tətbiq edilmiş ən böyük sanksiyaları tətbiq etdik”, deyə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

“Yeni tədbirlər maliyyə müəssisələrinin Rusiya hərbi kompleksi ilə əməliyyatlara yardımın onları sanksiyalara məruz qoyacağını və onların ABŞ-ın maliyyə sisteminə çıxışı itirəcəklərini başa salacaq”, deyə o qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Yeni tədbirlər Moskvanın artıq tətbiq edilmiş sanksiyalardan yayınmaq üçün yaratdığı şəbəkəyə qarşı yönəlib, deyə Amerikanın yüksək vəzifəli  məmuru anonim qalmaq şərtilə bildirib.

ABŞ dəfələrlə BƏƏ, Türkiyə və digər ölkələrdə Moskvaya bu tədbirlərdən yayınmağa kömək edən şirkətlərə xəbərdarlıq edib. Onlara bu firmaların G7 bazarlarına çıxışı itirə biləcəkləri barədə xəbərdarlıq edilib.

Yeni tədbirlər həmçinin ölkənin hüdudlarından kənarda “yenidən emal” edilmiş Rusiya məhsullarını, o cümlədən dəniz məhsullarını və almazı qadağan etməyə imkan verəcək.

Ötən həftə “Böyük yeddilik” ölkələri yanvarın 1-dən etibarən Rusiya almazına, həmçinin başqa ölkələrdə emal edilən Rusiya almazına birbaşa qadağa elan edib. 0

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button