2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bayden və Blinkendən Novruzu təbrikləri

TURANın Vaşinqton müxbiri xəbər verir ki, prezident Co Bayden və birinci xanım Cil Bayden çərşənbə axşamı bəyanat yayaraq Novruz bayramını qeyd edənləri təbrik edərək, bu nayramı “düşünmək, yeniləşmə və dirçəliş vaxtı” adlandırıblar.

“Baharın başlanğıcını qeyd edərkən, Amerikanın müxtəlif diaspor icmalarına hörmət edirik” dedi Bayden. Dövlət katibi Entoni Blinken ayrı bir bəyanatda vurğuladı ki, əsrlər boyu dünya icmaları, o cümlədən İran və Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya, Avropa və onun hüdudlarından kənarda təbiətin yenilənməsini , Yeni ili qeyd etmək üçün toplaşıblar. 

“Novruz əlaqələri yeniləmək, nemətləri qiymətləndirmək və gələcəyin gətirəcəyi fürsətləri səbirsizliklə gözləmək imkanı verir”, – Blinken bildirib. “Biz bu barədə düşünərkən ümid edirik ki, bu yeni il daha böyük sülh, o cümlədən sağlamlıq, firavanlıq və sevinc gətirəcək”, – bəyanatda deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button