2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Beynəlxalq Bank NK-nın ehtiyat fondunu da ‘yeyib’

Hesablama Palatası 2016-cı ilin dövlət büdcəsinin icrasına dair illik hesabata rəyini açıqlayıb.

Hesabata görə, 2016-cı ildə dövlət büdcəsinin gəlirləri 17505,7 mln. manat icra edilib. Proqnoz göstəriciləri 16 mlrd. 822 mln. manat olub.

Saytların yığılması Saytlarin yigilmasi

Palata bildirir ki, gəlirlər üzrə icra səviyyəsi 2008-ci ildən bəri ən yüksək göstəricidir.

Hesabat ilində dövlət büdcəsinin gəlirləri 2015-ci illə müqayisədə 7 mlrd. 714,8 min manat çox olub.

2016-cı ildə dövlət büdcəsinin xərcləri isə 18 mlrd. 495,0 mln. manat proqnoza rəğmən 17 mlrd. 751,3 mln. manat icra edilib. Bu, isə 2015-ci illə müqayisədə 33,2 mln manat və ya 0,2 faiz azdır.

2016-cı ildə dövlət büdcəsinin kəsiri 245 mln. 604,1 min manat təşkil edib.

Palatanın rəyində Nazirlər Kabinetinin (NK) Ehtiyat Fondunun vəsaitlərinin xərclənmə durumu ilə bağlı maraqlı rəqəmlər yer alıb.

Sənədə görə, NK-nın ehtiyat vəsaitlərinin 68 faizi “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin nizamnamə kapitalının artırılmasına yönəldilib.

Palatanın təqdim etdiyi rəqəmlərə əsasən, 2016-cı ildə Nazirlər Kabinetinin Ehtiyat Fondundan ötrü dövlət büdcəsindən 831 mln. 380,4 min manatın ayrılması nəzərdə tutulub. Ancaq 828 mln. 972,8 min manat ayrılıb. Xərclənən vəsaitin ən böyük hissəsi – 564 mln. manatı ABB-nin payına düşüb.

Ehtiyat fonddan Mərkəzi Seçki Komissiyasına 46,103, Müdafiə Nazirliyinə 31,771 mln. manat ayrılıb.

Azərbaycan Beynəlxalq Bankı (ABB) bu günlər isə 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət edib. Onun öhdəlikləri dövlətə ötürülüb. Restrukturizasiya kreditin və ya onun qaytarılması şərtinin dəyişdirilməsi deməkdir.

Verilən məlumata görə, bankın sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsaiti xərclənib.

İqtisadçıların hesablamalarına görə, Neft Fondunun 1 milyard dollarlıq depozitini və 3.3 milyard dollar öhdəliyi də nəzərə alanda, bu, az qala, bir illik dövlət büdcəsi edir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button