2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Binali Yıldırım: “Təzminat ödəməyə hazırıq”

Türkiyənin Baş naziri Binali Yıldırım lazım gələrsə Türkiyənin Rusiyaya təzminat ödəyə biləcəyini söyləyib.

“Məktubun məzmunu çox açıqdır. Biz kədərimizi ifadə edirik. Həlak olanların ailələrinin dərdlərinə şərik olduğumuzu deyirik. Lazım gələrsə təzminat verəcəyimizi ifadə edirik. Bu münasibətlərin bundan sonra normallaşması lazım olduğunu ifadə edirik. Qarşı tərəf də bunu uyğun görür, təsdiq edir. Hər nə şəkildə təqdim edilirsə edilsin hadisənin mahiyyəti, əsli budur. Tək tərəfli bir iradə də deyil, iki tərəfli bir iradədir. Bunu başqa yerə yozmağın nə ölkəmizə. nə də Rusiyaya bir faydası yoxdur. Məncə, məsələ “şirinə” bağlanmışdır, bundan sonra qarşıya baxacağıq. O qədər çox görəcəyimiz şey var ki”.

Saytların yığılması Saytlarin yigilmasi

TELEFONLA DANIŞACAQLAR

Baş nazir, “Zənnimcə, bu gün, sabah bəlkə çərşənbə, bəlkə cümə axşamı Cənab Putin ilə Cənab Prezidentimiz arasında bir telefon danışığı reallaşacaq” deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button