BMT-də rus və britaniyalı nümayəndələr arasında gərginlik: "Siz qorxursunuz!" - 24 saat xəbərlər
Now Reading:
BMT-də rus və britaniyalı nümayəndələr arasında gərginlik: “Siz qorxursunuz!”
Full Article 50 second read

BMT-də rus və britaniyalı nümayəndələr arasında gərginlik: “Siz qorxursunuz!”

Böyük Britaniyanın BMT-dəki səfiri Metyu Raykroft təşkilatın iclasında Rusiyanın ünvanına sərt ittihamlarla çıxış edib.

Azvision.az xəbər verir ki, səfir rəsmi Moskvanı Suriya problemi üzrə beynəlxalq əməkdaşlığa çağırıb: “Rusiya beynəlxalq tərəfdaşları ilə əməkdaşlıq etmək əvəzinə varvarın, qatilin yanında durur. Halbuki əvəzində Əsəd Rusiyaya yalnız utanclıq gətirir. Lakin biz yenidən Rusiyaya bizimlə bərabərhüquqlu tərəfdaş kimi əməkdaşlıq etməsi üçün şans veririk”.

Bunun əvəzində Rusiyanın BMT-dəki rəsmi nümayəndəsi Vladimir Safronkov Böyük Britanıyanın səfirinə sərt cavab verib: “BMT də hər kəs bilir – Siz qorxursunuz. ABŞ-la münasibətləri bərpa edəcəyik deyə, yuxunuzu qaçırmısınız. Siz bundan qorxursunuz. Əməkdaşlığın alınmaması üçün əlinizdən gələni edirsiniz”.

Çıxışı zamanı rusiyalı diplomat britaniyalı səfirin diqqət etmədiyini görərək daha aqressiv danışmağa başlayıb: “Mənə bax. Baxışlarını niyə qaçırırsan?. Gözümə bax. Gündəliyə uyğun olmayaraq danışırsan. Suriya, Türkiyə, İranı və digər ölkələri təhqir edirsən. Bundan sonra Rusiyanı təhqir etməyə çalışma”.

Input your search keywords and press Enter.