Dünya

BMT rəsmisindən Maska insan haqları çağırışı

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Turk milyarder İlon Maska (Elon Musk) açıq məktub yazaraq onu Twitter sosial şəbəkəsinin idarəçiliyində insan haqlarını təmin etməyə çağırıb.

“Twitter bizim kommunikasiyamızı dəyişdirmiş qlobal inqilabın tərkib hissəsidir. Sizə rəqəmsal ictimai meydanımız və Twitter-in bunda rolundan narahatlıq və qorxu hissiylə yazıram”, – Turk qeyd edir.

Bu məktubun yayılmasından az öncə Mask Twitter-də, eləcə də şirkətin insan hüquqları komandasında kütləvi ixtisarları açıqlayb. Turk bunun “ürəkləndirici başlanğıc” olmadığını yazır.

“Sizi insan haqlarını Twitter-in idarəçiliyində əsas hissəyə çevirməyə çağırıram”,Ali komissar qeyd edir.

BBC BMT-nin açıq tənqidinin adi şey olmadığını qeyd edir. Adətən, qurum biznes təmsilçilərinə konfidensial müraciət edir, ciddi pozuntular baş verəndə isə şirkətin qeydiyyatdan keçdiyi ölkənin hökumətini işə cəlb edir.

Mask Twitter-i oktyabrda 44 milyard dollara alıb. Bundan sonra 3 min 700 nəfəri, şirkət əməkdaşlarının demək olar, yarısını işdən çıxarıb. “Bloomberg” agentliyi personalın yarısına elektron məktub göndərilərək ixtisar olunduğunu bildirib. Çoxları isə işdən çıxarılmasını korporativ sistemlərə çıxışı kəsilincə xəbər tutub.

“Bloomberg”in dünən – noyabrın 6-da yazdığına görə, Twitter rəhbərliyi ixtisar olunan əməkdaşların bir hissəsindən qayıtmağı xahiş edib. Menecment bəzi ixtisarların səhvən aparıldığını etiraf edib, ancaq dəqiq rəqəm açıqlamayıb.

24 saat” “
BMT rəsmisindən Maska insan haqları çağırışı
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Yunanıstanda dinləmə qalmaqalı böyüyür! Baş nazir Mitsotakis problem yaşayır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button