2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Borrel Aİ-nin Ermənistandakı müşahidə missiyasını effektiv sayıb

Yayımlandı: 13 Dekabr 2022 14:11

O, razılaşmaq olarsa, gələn il də müşahidə missiyasının göndəriləcəyini deyir

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası dekabrın 19-da başa çatır.

Saytların yığılması Saytlarin yigilmasi

Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrel deyib ki, onlar Ermənistana nəzarət imkanlarını nəzərdən keçiriblər.

Oktyabrda qurulan komissiyanın işini effektli hesab edən Borrel deyib ki, həm Ermənistan, həm də Azərbaycanla bağlanmış müqaviləyə uyğun olaraq, bölgədəki fəaliyyətləri dekabrın 19-da başa çatır.

“Buna baxmayaraq, Ermənistan və Azərbaycan arasında dialoqun vasitəçisi kimi etibarımızı qorumaq bizim üçün vacibdir. Əgər razılıq əldə olunarsa, gələn il də mümkün mülki missiyanın başlanmasını planlaşdırmaq üçün Ermənistana komanda göndəriləcək. Amma bu ayın 19-da Avropa İttifaqının Ermənistana nəzarət imkanları başa çatacaq”, – Borrel bildirib.

Laçın dəhlizi son 10 gün ərzində iki dəfə bağlanıb.

Dekabrın 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayaraq bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki yataqlar qanunsuz istismar edilir.

Nazirlik bildirirdi ki, həmin ərazilərdəki faydalı qazıntıların qanunsuz istismarı ekoloji fəsadlara səbəb olur və araşdırılması, ərazinin monitorinqi üçün bölgəyə ekspertlərdən ibarət qrup göndərmək istəyir.

Ötən həftə bu monitorinq baş tutmadı, yerli sakinlərin azərbaycanlıları əraziyə buraxmadığı bildirilir.

Foto: Meydan TV

Bundan sonra Bakı Rusiya tərəfə nota verib.

Dekabrın 12-də səhər saatlarından özlərini ekoaktivist adlandıran azərbaycanlılar Laçın dəhlizini Şuşa rayonu ərazisində bağlayaraq Rusiya sülhməramlı kontingentinin komandiri Andrey Volkov görüş tələb ediblər.

Etirazçılar deyirlər ki, Volkovdan şənbə günü Heyvalı və Dəmirli mis-molibden mədəninə niyə buraxılmadıqlarının səbəbini soruşmaq istəyirlər.

Aksiya dekabrın 13-də də davam edir. Etirazçılar ərazidə çadırlar qurub, tonqal qalayıb, səsgücləndiricilərlə Azərbaycan mahnıları səsləndirirlər.

Qarabağdakı tanınmayan və separatçıların idarə etdiyi rejim isə məlumat yayaraq yoların bağlı olması səbəbindən yüzlərlə erməni qadın və uşağın küçələrdə qaldığını, hazırda Qarabağa giriş-çıxışın mümkün olmadığını bildirib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibədən sonra Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etsə də, həmin il noyabrın 10-da imzalanan üçtərəfli sazişlə Laçın dəhlizinə və Qarabağda ermənilərin yaşadığı yerlərə Rusiya hərbi kontingenti yerləşdirilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button