2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Böyük Britaniyanın XİN rəsmisi müxalifət liderlərilə görüşdü

İyunun 12-də Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə departamentinin direktoru Rupert Ainley Bakıda müxalifət partiyaları liderləri ilə görüş keçirib. Böyük Britaniya səfirliyində təşkil olunan görüşdə AXCP sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı və Real partiyasının məclis üzvü Natiq Cəfərli iştirak edib.

AXCP-dən aldığımız məlumata görə, görüşdə Azərbaycandakı son ictimai-siyasi vəziyyət, Böyük Britaniya ilə Azərbaycan arasında iqtisadi-siyasi münasibətlərin perspektivləri müzakirə edilib. Ölkədə siyasi məhbus problemi, seçki saxtakarlığı, medianın və vətəndaş cəmiyyətinin sıradan çıxarılması kimi məsələlər üzərində xüsusi dayanılıb. Görüşdə siyasi həbslərin davam etməsi, o cümlədən son 1 ayda AXCP-yə qarşı aparılan repressiyalar da müzakirə olunub.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button