Britaniya hərbi kəşfiyyatı Rusiyanın Donbasdakı növbəti hədəfini açıqlayır

Britaniya Müdafiə Nazirliyi hesab edir ki, Rusiya silahlı qüvvələrinin Donbassdakı növbəti məqsədi Xarkov və Donetski birləşdirən magistral yolda nəzarəti ələ keçirməkdir.
Bu məlumatları Rusiya Müdafiə Nazirliyinin hesabatları da təsdiqləyir: Çasov Yar şəhərinin atəşə tutulması açıq-aydın Baxmuta hücumla bağlıdır. Böyük Britaniya Müdafiə Nazirliyi həmçinin Rusiyanın yeni ehtiyatlarını Rusiya-Ukrayna sərhədinə çəkdiyini bildirir ki, bu da Ukraynada mümkün hücuma hazırlıqdan xəbər verir.
Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır. Bundan başqa “müharibə” sözündən istifadə edənlər, “müharibəyə yox” deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.