2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Britaniyadan Rusiya oliqarxlarının aktivlərinə sanksiyalar: 20.5 milyard dollar

Yayımlandı: 10 Noyabr 2022 19:02

Bu məbləğ müharibə başlayandan indiyəqədərki dövrü əhatə edir

Noyabrın 10-da Britaniya hökuməti Rusiya oliqarxlarına məxsus 20.5 milyard dollarlıq aktivləri dondurduğunu açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu həmçinin fevraldan bu yana Rusiyanın Ukraynaya səbəbsiz hərbi müdaxiləsinə görə sanksiyalara məruz qalmış şəxslərə də aid edilib.

“Reuters” Agentliyi yazır ki, bununla Rusiya Britaniyanın sanksiyasına məruz qalmış Liviya və İranı geridə qoyub.

Britaniya Maliyyə Nazirliyinin illik hesabatında qeyd edilir ki, hazırda Rusiyanın Britaniyada dondurulmuş aktivlərinin məbləği üzərinə sanksiyalar qoyulmuş bütün ölkələrin aktivlərindən 6 milyard funt sterlinq artıqdır.

Britaniya hökumətinin açıqlamasında qeyd edilir ki, Rusiya aktivlərini indilik dondurub, lakin bu aktivlərin birdəfəlik müsadirə olunması ciddi müzakirə edilir.

Xəbərdə deyilir ki, Britaniya hökuməti Rusiyaya qarşı sanksiyaların pozulmasına dair indiyədək 236 məlumat alıb.

Britaniya həmçinin 2022-ci ildə Rusiya oliqarxı Roman Abramoviç və biznesmen Mixail Fridman, habelə Vladimir Putin, onun ailə üzvləri və hərbi komandanları üzərinə də sanksiyalar qoyub.

Dondurulmiuş aktivlərə şirkətlərdəki səhm payları və bank hesablarında saxlanan pullar da daxil edilib.

Lakin dondurulmuş aktivlərə daşınmaz əmlak və ya yaxta kimi mülkiyyət daxil edilməyib.

Yenə də Britaniya hökuməti Rusiyanın bu ölkəyə ixracının 85 faizinə sansksiyalar qoyub.

Üstəlik, Britaniya hökuməti elan edib ki, il sonunadək Rusiyadan qaz və neft alınmasını tamamilə dayandıracaq.

“Sanksiyaların hamısı sırf Rusiyanın Ukraynaya müdaxiləsinə görədir”, – deyə Britaniya hökuməti açıq bəyan edib.

Ümumilikdə Britaniya hökuməti indiyədək 1200 rusiyalıya və 120-dən çox Rusiya şirkətinə sanksiyalar qoyub.

Qərbin Rusiyaya qarşı sanksiyalarına habelə Rusiyaya avtomobilqayırma sənayesi üçün ehtiyat hissəslərin ixracı daxildir.

Rəsmilər bildirirlər ki, bu sanksiyalara görə Rusiya hazırda özünün Lada avtomobillərini təhlükəsizlik yastıqları və kilidlər olmadan istehsal etməyə məcburdur.

Rusiya bu sanksiyalara görə kosmik fəza şirkətləri üçün ehtiyat hissələrini təyyarələrdən çıxarmağa və sovet dövründə istehsal olunmuş tanklarda istifadə üçün məişət texnikasındakı yarımkeçiricilərdən yararlanmağa məcburdur.

Bu da ondan xəbər verilir ki, Rusiyadan zəka axını son vaxtlarda güclənib və Rusiyanın kritik texnologiyalara çıxışı məhdudlaşdırılıb.

Hazırda xarici şirkətlərin 75 faizi Rusiyadakı əməliyyatlarını ixtisar edir.

Xarici şirkətlərin 25 faizi Rusiyanı tərk etmək məcburiyyətində qalıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button