2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bu kəndə köçəcək hər ailəyə 70 min dollar veriləcək – FOTO

Sakit, rahat, gözəl mənzərəli məkandır. Burada yaşamaq əsl həzzdir.
İsveçrənin Vale kantonunda yerləşən Albinen kəndinin bələdiyyə sədrit Beat Yost belə deyir.

Milli.Az European-a istinadən bildirir ki, noyabrın 30-da kənddə səsvermə keçiriləcək. Müzakirəyə çıxarılacaq yeganə məsələ kəndə yeni sakinləri cəlb etmək üçün əcnəbilərin Albinenə cəlb olunmasıdır.

Albinendə bundan sonra İsveçrə vətəndaşı olmayanlar, yəni əcnəbilər də ev almaq və ya ev tikdirmək hüququna yiyələnəcəklər.

Saytların yığılması Saytlarin yigilmasi

Kənddə indi 240 nəfər yaşayır. Yerli bələdiyyə kəndə köçəcək hər ailəyə 24 min İsveçrə frankı (təqribən 25200 dollar) ödəyəcək.

Pulları almaq üçün yeni sakin Albinendə ev almalı və ya tikməli, sonra da kənddə ən azı 10 il yaşamalıdır.

Bundan başqa, köçəcək şəxsin yaşı 45-dən artıq olmamalı. Satın alınacaq və qiyməti ən azı 201600 dollar olacaq ev həmin şəxsin daimi yaşayış yeri olmalıdır.

Həmin şəxsin ailəsindəki hər uşağa yerli bələdiyyə 10100 dollar verəcək.

Beləliklə, 4 nəfərlik ailə Albinenə köçərsə, 70 min İsveçrə frankı, yəni 70500 dollar alacaq.

Maliyyə vəsaitini almış şəxs Albineni tərk etmək fikrinə düşərsə, pulları geri qaytarmalıdır.

Yeni köçənlərə ödənişlər üçün Albinen bələdiyyəsi xüsusi fonda hər il 100 min İsveçrə frankı keçirəcək.

“Son illərdə Albineni 8 uşağı olan 3 ailə tərk edib. Bu səbəbdən yerli məktəbi bağlamalı olduq. Ümid edirik ki, yeni gələcək sakinlərin hesabına məktəb yenidən açılacaq”, – Beat Yost deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button