2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Bu ölkə iki il ərzində ilk dəfə qətlsiz gün yaşadı

Cinayətlərin yüksək səviyyəsi ilə məşhur olan Salvadorda tarixi hadisə baş verib.

Publika.az xəbər verir ki, milli polis komissarı Hovard Kotton ölkənin son 2 ildə ilk dəfə qətlsiz gün yaşadığını bildirib.

Polis komissarının məlumatına görə, yanvarın 11-də ölkədə heç bir qətl hadisəsi qeydə alınmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Agentliyin məlumatına görə, axırıncı dəfə bu cür hadisə iki il əvvəl – 2015-ci ilin yanvarında baş verib. Qətlsiz daha bir gün 2013-cü ildə olub. 2012-cidə isə ölkə qətllərsiz iki gün yaşamağı bacarıb.

Altı milyon əhalisi olan Salvadorda ötən ilin statistikasına görə, gündə orta hesabla 14,4 qətl hadisəsi baş verib.

Zorakılığın ən yüksək səviyyəsi 2015-ci ildə qeydə alınıb və hər 100 min nəfərə 104 qətl olub. Bu göstərici üzrə Salvador dünya ölkələri arasında birinci yeri tutub.

Əsasən kriminal qruplaşmaların üzvləri qurbana çevrilirlər. Qruplaşmaların arasında əsas mübarizə narkotiklərin tranzitinə nəzarət uğrunda gedir.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button