2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

‘Bu sərəncam Azərbaycanda siyasi məhbuslar problemini həll etmir’

Hüquq müdafiəçisi Anar Məmmədli AzadlıqRadiosuna bildirib ki, Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrupun siyahısında 90 nəfərdən artıq siyasi məhbus var: “Belə olan halda siyasi məhbusların üçdə biri azadlığa buraxılıb, üçdə ikisi isə həbsdə qalıb. Bütövlükdə bu sərəncam Azərbaycanda siyasi məhbuslar problemini həll etmir”.

Onun qeyd etməsinə görə, daha yaxşı olardı ki, bütünlükdə siyasi məhbuslar azadlığa çıxardı və ya onların bir qisminin cəzalarının yüngülləşdirilməsi ilə bağlı addımlar atılardı:

Saytların yığılması Saytlarin yigilmasi

“Hakimiyyətin siyasi iradəsi çatmır”

“Amma çox təəssüf ki, bu baş vermədi. Bu da onu göstərir ki, hakimiyyətin bütövlükdə siyasi məhbus problemini həll etməklə bağlı siyasi iradəsi çatmır. Yəni, hakimiyyət hələ də çəkinir, ehtiyat edir və Azərbaycanda siyasi məhbuslar problemi həll olunmamış qalır”.

Hüquq müdafiəçisi hesab edir ki, hakimiyyət siyasi məhbus probleminə öz münasibətini dəyişməlidir: “Daha çox çalışmalıdırlar ki, heç bir şəxs öz fərqli fikrinə, siyasi baxışlarına görə həbsdə qalmasın və Azərbaycan Avropa Şurasının qarşısında götürdüyü öhdəliklərini tam həyata keçirmiş olsun”.

A.Məmmədlinin fikrincə, bu məsələ Azərbaycanda normal siyasi mühitin formalaşması yönündə hələ də problemlərin olduğunu göstərir.

Xatırlatma

Martın 18-də prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı ümumilikdə 625 nəfərə şamil edilib. Onlardan həbs cəzasına məhkum olunan 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyahılarında siyasi məhbus kimi tanınan 40 nəfərə yaxın şəxsin də əfv sərəncamına düşdüyü bildirilir.

24 saat” “’Bu sərəncam Azərbaycanda siyasi məhbuslar problemini həll etmir’” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button