2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Büdcə vəsaitini oğurlayanlar azadlıqda, jurnalistlər isə həbsdədir

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin apardığı araşdırma zamanı Bakıda Formula-1 yarışlarının təşkilində dövlət vəsaitlərinin mənimsənilməsi faktları aşkarlanıb.

Yerli KİV-in yazdığına görə, 2015-2020-ci illərdə Baku City Circuit Əməliyyat Şirkətində idman əməliyyatları şöbəsinin rəisi olmuş Çingiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib.

O, Formula 1 yarışlarının marşalları üçün geyim, avadanlıq və digər malların alınması zamanı süni qiymət artımında ittiham olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan əlavə, Mehdiyev büdcə vəsaitlərinin öz yaxınlarının adlarına qeydiyyata alınmış firmalara köçürülməsində ittiham olunur. İstintaqın məlumatına görə, beləliklə,  Mehdiyev 400 min manata yaxın mənimsəyib.

Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin “külli miqdarda mənimsəmə”, “çirkli pulların yuyulması”, “vəzifə saxtakarlığı”, “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddələrilə ittihamları irəli sürülüb.

Buna baxmayaraq, istintaq ona mərhəmətli davranaraq həbs etməyib. İstintaq dövründə Mehdiyevin barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Lakin hüquq-mühafizə və məhkəmə orqanları jurnalistlərə və fəallara qarşı daha sərt davranaraq onları həbs edirlər. Belə ki, dəfələrlə az miqdarda qaçaqmalçılıqda ittiham olunan “Abzas Media”, “Kanal-13”, “Toplum” TV nəşrinin jurnalistləri və Demokratik Təşəbbüslər İnstitutunun fəalları istintaq dövründə həbs olunublar.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button