2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Bundestaqın “erməni soyqırımı” haqqında qərarı ləğv oluna bilər – İDDİA

Türkiyə və Ermənistan xəbər saytları yazırlar ki, türk vəkil Melih Akkurt tərəfindən iddia ərizəsi imzalanıb.

Musavat.com-un məlumatına görə, o, bu addımını belə izah edib ki, “Genosid cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” BMT konvensiyasının 6-cı maddəsinə görə genosid barədə hər hansı bir qərarı yalnız məhkəmə verə bilər.

Akkurt bu ərizəsini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə də izah edib.

Saytların yığılması Saytlarin yigilmasi

Belə ki, AİHM Böyük palatasının 15 oktyabr 2015-ci il tarixli “Perinçek İsveçrəyə qarşı” qərarında “genosid cinayəti haqqında qərarın yalnız hadisənin həyata keçdiyi ölkənin səlahiyyətli məhkəməsi və ya beynəlxalq hərbi tribunal (Haaqa məhkəməsi) tərəfindən verilə biləcəyi göstərilib”.

Həmin qərarda parlamentlərin, hökumətlərin, akademik qurumların soyqırım qərarı verə bilməyəcəkləri qəti şəkildə bildirilib.

Bundan başqa, Almaniya parlamentində qərar qəbul edilərkən komissiyada hər hansı bir araşdırma qrupu təşkil edilməyib, Türkiyədən heç bir qurumun və ya şəxsin fikri və ya müdafiə ifadəsi alınmayıb.

“Bu isə BMT İnsan hüquqları Bəyannaməsinin 11-ci maddəsinə (Cinayət törətməkdə ittiham edilən hər bir insan, ona bütün müdafiə imkanları təmin edilməklə, açıq məhkəmə araşdırması yolu ilə onun günahkar olduğu qanuni qaydada müəyyən edilməyənə qədər günahsız hesab edilmək hüququna malikdir-red.) ziddir”, – deyə vəkil bildirib.

Erməni mətbuatının yazdığına görə, Akkurtun ərizəsinin Almaniya konstitusiya məhkəməsində qəbul edilib-edilməyəcəyi hələ bəlli deyil. Çünki onların fikrincə, almanların qondarma soyqırım haqqında qərarında hər hansı bir şəxs və ya obyekt qınanmır.

Bundan başqa, Almaniyada, Bundestaq tərəfindən qəbul edilən qətnamənin konstitusiya məhkəməsinə verilməsi barədə presedent olmadığı deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button