2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Cahangir Hacıyevə 17 il “iş” stənildi

Bankir danışmaqda davam edəcəkmi?

Bu gün “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Fərid Nağıyev çıxışında məhkəmədən Cahangir Hacıyev 17 il, İlqar Abdullayev 8 il, Yusif Ələkbərov 11 il, İbrahim Hüseynov 11 il, Anar Sultanov 11 il, Məmməd Cahangirov 8 il,Kənan Orucov 7 il 6 ay, Azad Cavadov 12 il 11 ay cəza verilməsini istəyib.

Saytların yığılması Saytlarin yigilmasi

Prokuror eləcə də təqsirləndirilən şəxslərin hər birinin 3 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər tutmaqdan məhrum edilməsini istəyib.

Beynəlxalq Bankın nümayəndəsi banka dəyən 211 milyon ziyanın tam ödənilməsini istəyib.

Vəkillər müdafiə çıxışı üçün vaxt istəyib. Proses oktyabrın 4-də davam edəcək.

Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsindəj işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü maddələri ilə ittiham edilib.

Bəzi mülahizələrə görə, Cahangir Hacıyevə ağır cəza istənilməsi onun məhkəmədəki çıxışları ilə bağlıdır. Qeyd edək ki, Cahangir Hacıyev çıxışlarında “kredit qalmaqalı”nda özünü təqsirli bilməyib. O bu məsələdə maliyyə naziri Samir Şərifovu ittiham edib. Bundan başqa Cahangir Hacıyev kredit götürən hakimiyyətdəki iri fiqurların da adını çəkə biləcəyinə işarə vurub.

Ehtimal olunur ki, Cahangir Hacıyevi susdurmaq üçün ona ağır cəza istənilib. Lakin ekspertlər hesab edir ki, Cahangir Hacıyev son sözündə şok faktlar açıqlaya bilər.

Ekspertlərin fikrincə, Cahangir Hacıyevin susmaması qudası keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun da həbsilə nəticələnə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button