Loading...
Loading...
Gündəm

Çeçen qüvvələri Ukraynada hərbi obyekti ələ keçirdi – VİDEO

Çeçenistanın rəhbəri Ramzan Kadırov çeçen təhlükəsizlik qüvvələrinin Ukrayna Milli Qvardiyasının əməliyyat briqadasının obyektini itkisiz zəbt etdiyini bildirib.

“Bəziləri deyir ki, çoxlu döyüşçülərimiz həlak olub. Bu günə kimi bizim nə itkimiz, nə yaralımız, hətta cızığımız belə olmayıb. Yaxşı göstəricilər, nəticələr var. Milli Qvardiyamızın döyüşçüləri Ukrayna Milli Qvardiyasının əməliyyat briqadasını ələ keçiriblər. Toqquşma olub, amma, Şükür Allaha, itki yoxdur. Biz briqadanın bu obyektini götürdük”, – Kadırov İnstaqramda canlı yayımda bildirib.

Kadırov həmçinin Rusiya Qvardiyasıın “Cənub” motoatıcı taborunun komandiri Hüseyn Məjidovun nəzarət-buraxılış məntəqəsinin ərazisində bayraq sancdığını əks etdirən videonu da yayıb. (TASS)

Gözdən qaçırmayın:  Ukrayna Müdafiə Nazirliyi son durumu açıqladı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button