2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Çexiya qaçqın qəbulundan imtina edib

Çexiya iqtisadi sanksiyalar təhlükəsi olsa belə, Avropa İttifaqının (Aİ) razılaşdırılmış kvotası üzrə qaçqın qəbul etmək niyyətində deyil.
Bu barədə Praqanın “Pravo” qəzetinə ölkənin daxili işlər naziri Milan Xovanets məlumat verib.
“Biz təqribən 1600 qaçqından (Aİ-nin paylayıcı kvotası üzrə) 12-sini qəbul etdik. Yerdə qalanlar üzərində aparılan yoxlamalar (Milli təhlükəsizlik tələblərinə uyğunluğu üçün) göstərir ki, onlardan artıq heç birini qəbul etmək olmaz”, – deyə o bildirib.
Nazirin qiymətləndirməsinə görə, Aİ qaçqın qəbulundan imtina səbəbindən Çexiyaya qarşı payızda “sanksiya tətbiqi” prosesinə başlaya bilər.
Xovanets hesab edir ki, ölkə hətta sanksiya təhlükəsi altında belə qaçqın qəbuluna razılaşmamalıdır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button