2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ceyhun Bayramov və Yens Stoltenberq Azərbaycan-NATO əməkdaşlığı məsələlərini müzakirə ediblər

Martın 18də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb.

Görüş zamanı Azərbaycan və NATO arasında əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub, Azərbaycan Xarici İşlər Nazirliyinin  məlumatında deyilir.

Bayramov Azərbaycanın NATO ilə əməkdaşlığının, xüsusilə cari ildə 30-cu ildönümü tamam olan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində həyata keçirilən birgə fəaliyyətin daha da inkişafına əhəmiyyət verdiyini diqqətə çatdırıb. 

Saytların yığılması Saytlarin yigilmasi

Beynəlxalq sülh və təhlükəsizliyə töhfəyə istiqamətlənən əməkdaşlığın eyni zamanda müvafiq sahə üzrə islahatlar, təkmilləşdirmə və ixtisasartırma fəaliyyətində öz əksini tapdığı qeyd edilib.

Cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinə hazırlıq prosesindən bəhs edən nazir COP29 irsinin iqlim dəyişikliyi təhlükəsinə mübarizəyə töhfə olması üçün tərəfimizdən aidiyyəti tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

O, postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, aparılan fəaliyyətin qarşısında dayanan ən böyük çağırışlardan biri olan mina təhdidi, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən ətraflı bəhs edib. 

Vətəndaşlarımızın, eləcə də aparılan yenidənqurma işlərinin təhlükəsizliyinə hədə törədən mina problemi ilə mübarizədə beynəlxalq ictimaiyyətin dəstəyinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan-Ermənistan sülh gündəliyinin irəlilədilməsi ilə bağlı tarixi şəraitin mövcudluğu, bu istiqamətdə yaranmış imkanlardan maksimum istifadə edilməsi üçün ölkəmiz tərəfindən davamlı səylərin göstərildiyi diqqətə çatdırılıb.

Baş katib Yens Stoltenberq Azərbaycanın NATO ilə əməkdaşlıq çərçivəsində bir çox sülhməramlı missiyalarda nümunəvi fəaliyyətinin təqdirəlayiq olması ilə yanaşı, ölkənin NATO bölgəsinin enerji təhlükəsizliyinə verdiyi töhfənin əhəmiyyətindən bəhs edib. Xüsusilə, cari ildə ölkəmizin COP29 sədrliyinin enerji təhlükəsizliyi ilə iqlim dəyişikiyilə mübarizə sahələri arasında sinerjiyə töhfə verəcəyinə dair inam ifadə olunub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button