2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

CİA-nın keçmiş şefi: “Rusiya həyasızcasına bizim seçkilərə müdaxilə edib”

Mərkəzi Kəşfiyyat Agentliyinin (Central Intelligence Agency-CIA) keçmiş direktoru Con Brennan çərşənbə axşamı günü Konqresin Nümayəndələr Palatasının Kəşfiyyat komitəsində çıxış edib. Onun çıxışının əsas mövzusu keçmiş prezident Barak Obama administrasiyasının Rusiyanın 2016-cı ildə ABŞ prezident seçkilərinə müdaxilə etdiyinə dair çıxardığı nəticələrin əsasında duran kəşfiyyat məlumatları ilə bağlı olub.

Brennan bildirib ki, Rusiyanın prezident seçkilərinə müdaxilə etdiyi tamamilə aydındır. Onun bildirdiyinə görə, o bu məsələni Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikovla müzakirə edib.

Saytların yığılması Saytlarin yigilmasi

“Hamıya aydın olmalıdır ki, Rusiya utanmazcasına bizim prezident seçkilərinə müdaxilə edib və onlar bizim qəti etirazlarımız və bizim birbaşa xəbərdarlıqlarımıza rağmən bu addımları atıblar”, Brennan qeyd edib.

Keçmiş CIA direktoru bildirib ki, 2016-cı ilin yayında ABŞ kəşfiyyat orqanlarının rəhbərlərinə Rusiyanın Birləşmiş Ştatlarda prezident seçkilərinə müdaxilə etmək üçün aktiv iş apardığı aydın oldu.

Onun sözlərinə əsasən, CIA-da 2016-cı ilin yay və payız aylarında toplanmış məlumatları xüsusi xidmət orqanlarına çatdıran ekspertlərdən ibarət qrup yaradılmışdı. Bu iş 2017-ci ilin yanvarına qədər davam etdirilib.

Brennanın bildirdiyinə görə, o, keçən ilin avqust ayında Bortnikova Rusiyanın hərəkətlərinin ikitərəfli əlaqələrin pisləşməsinə və qarşılıqlı əməkdaşlıqla bağlı ümidlərin boşa çıxmasına gətirib çıxara biləcəyi ilə bağlı xəbərdarlıq edib.

O həmçinin bildirib ki, söhbətin əvvəlində FSB direktorundan Moskvada və Rusiyanın başqa şəhərlərində “Amerika diplomatlarının təqib edilməsi və alçaldılması” kampaniyasına son qoyulmasını tələb edib. Amerika kəşfiyyatının məlumatlarına əsasən, bütün bu fəaliyyətlərRusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən aparılıb.

“Mən izah etdim ki, amerikalılar öz liderlərini müstəqil seçmək imkanını yüksək dəyərləndirir”, Brennan qeyd edib və əlavə edib ki, ABŞ administrasiyası Rusiyanın hərəkətlərinə cavab verməyə məcbur olacaq.

Brennanın bildirdiyinə görə, 2016-cı ilin avqust-sentyabr aylarıdna o, Rusiyanın seçkilərə müdaxilə edə biləcəyilə bağlı narhatlıqlarını nüfuzlu respublikaçı və demokrat senatorlar və konqresmenlərdən ibarət “Gang of 8” qrupunun üzvləri ilə bölüşüb. Qanunvericilərə verilmiş bütün məlumatlar məxfi xarakter daşıyıb.

Brennan 2017-ci il yanvarın 17-də Ağ Evdə brifinq zamanı Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı məlumatları o zaman prezident Barak Obamaya və prezident seçilmiş Donald Trampa təqdim edib.

“Mən Trampın seçki qərargahı və ABŞ vətəndaşları ilə Rusiyanın rəsmi şəxsləri arasında kontaktlar və əlaqələrin olduğuna dair informasiya və kəşfiyyat məlumatlarının olduğunu bilirəm. Bu məni narahat edirdi, çünki mənim rusların insanları öz tərəfində işə cəlb etmək cəhdləri haqda yaxşı məlumatım var. Buna görə də mən özümə belə bir sual verdim-Rusiya bu vətəndaşları işə cəlb edə bilibmi? Amma mən bu əməkdaşlığın baş verdiyi haqda heç bir şey bilmirəm”, Brennan bildirib.

Keçmiş CIA direktoru deyib ki, 2016-cı il prezident seçkiləri dövrü amerikalılar və Rusiyanın rəsmi şəxsləri arasında kifayət qədər kontakt olub, buna görə də Moskva ilə əlaqələrin təhqiq edilməsinə əsas var.

amerikaninsesi.org

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button