Bizim tərcümə

Çilidə meşə yanğınları yayılıb: 2 ölü

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-12-23 14:28:09

Cənubi Amerika ölkəsi Çilidə təsirli olan isti dalğası səbəbindən meşə yanğınları tədricən yayılır. Ölkənin mərkəzi hissəsində Valparaiso bölgəsinin Vina del Mar şəhərində davam edən yanğınlar güclü küləyin çatdığı yaşayış məntəqələrində fəlakətə səbəb olub. Şəhərin yanğınsöndürmə idarəsinin rəsmisi Patricio Brito yanğınlarda 2 nəfərin həyatını itirdiyini, 400 evin yandığını açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Çili prezidenti Qabriel Boric yanğınla əlaqədar Valparaiso bölgəsində fövqəladə vəziyyət elan edib. “Çili hökuməti olaraq bizim prioritetimiz insanların təhlükəsizliyidir. Biz vəziyyəti nəzarət altına almaq üçün bütün lazımi resursları səfərbər etməyə davam edəcəyik”, – Boric açıqlamasında bildirib.

Yanğın 110 hektar ərazini yandırdığından bəzi məhəllələrin təxliyəsi barədə göstərişlər verilib. Alovun nəzarət altına alınmasının bir neçə gün çəkə biləcəyi bildirilib. Təxminən 800 yanğınsöndürən və 150 ​​mühafizəçi ilə alovla mübarizə davam edir.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button