2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Çində nəhəng döyüş robotu yaradıldı

Image result for monkey king robot

Çinin “Greatmetal” şirkətinin tərtibatçıları Pekində keçirilən “G-Festival” festivalı çərçivəsində “Monkey King” (“Meymunların kralı”) adlı nəhəng döyüş robotunu geniş ictimaiyyətə təqdim ediblər.

Yeni idarə olunan robot bu ilin avqust ayında özünə bənzər robotla rinqdə döyüşəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Fantastik filmlərdə robotların iştirakı ilə izlədiyimiz həyəcanlı süjetlər tədricən reallığa çevrilir. Onların ən yaxşısı isə artıq Yaponiya və ABŞ-da populyar olmuş idman arenalarında keçirilən çempionatda müəyyən edilir. Çindən olan yeni robot “Monkey King” adını özünün nəinki dörd ayağı, hətta arxa ayaqları üzərində hərəkət etmək kimi unikal qabiliyyəti sayəsində qazanıb.

“Greatmetal” şirkətinin nümayəndələri bildiriblər ki, 4 ton çəkisi olan robotun ziyarətçilər qarşısında şou göstərməsi üçün iki ay müddətində sərasər işləmək lazım olub. Tərtibatçılar yaratdıqları robotun döyüş qabiliyyəti ilə bağlı şərh vermək istəməyiblər. Məlumdur ki, “Monkey King” liderlik uğrunda bu il ərzində amerikalı MK.3 və yaponiyalı “Kuratas” robotları ilə döyüşəcək. (lent.az)

[youtube https://www.youtube.com/watch?v=5x1AVFRpUHQ?feature=oembed&w=500&h=281]

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button