2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Çovdarovun son sözü oktyabrın 4-də olacaq

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən və günün ikinci yarısında davam etdirilən prosesdə sabiq idarə rəisi Akif Əliyev son sözlə çıxış edib. O da digərləri kimi ittihamı qəbul etməyib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

A.Çovdarova son söz verilsə də, o, hazır olmadığını, gələn prosesdə son söz deyəcəyini bildirib.

Məhkəmə prosesi oktyabrın 4-də davam edəcək.

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button