2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Dəhşətli şiş 7 yaşlı Şahzadəni kor etdi – VİDEO

Hər gün gözlərindən dayanmadan yaş axırdı. Üstəlik, göz bəbəyi də qıpqırmızı idi. Nə biləydim ki, belə olacaq?! Bilsəydim, həkimə aparardım.
50 yaşlı Müsəmmət Cahanı qəhər boğur. O, kiçik qızının indiki halında özünü, cahilliyini, laqeydliyini və bisavadlığını suçlayır.
Müsəmmətin kiçik qızı, 7 yaşlı Şahzadənin sol gözü kor olub. Daha doğrusu, qızın gözündəki xərçəng şişi böyüyüb, şişib və onun bəbəyini töküb.
Milli.Az  bildirir ki, Pakistanın ucqar kəndində yaşayan Müsəmmət Cahanın qızı hələ 8 aylıq olanda onun sol gözündə problemlər yaranmışdı.
Daha sonra şiş əmələ gəlib.
Həkimlər cərrahiyyə əməliyyatı ilə şişi kəsib götürsələr də, problem həll olunmayıb.
Bir qədər sonra şiş yenidən böyüməyə  başlayıb.
7 yaşlı Şahzadənin üzündə indi az qala başı boyda şiş var.
Müsəmmətin əri, 55 yaşlı Əli Həsən Şeyxin sözlərinə görə, Şahzadənin gözünü kor etmiş şişi müalicə etmək üçün pulları yoxdur.
“Qızımı Kəraçiyə apardım, orada əməliyyat olundu. Şişi kəsib götürmüşdülər. Amma şiş yenə yarandı və böyüdü. Çarəsizik indi”, – Həsən Şeyx deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button