2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

‘Daşkəsən filizsaflaşdırma’nın özəlləşdirilməsi – 5-ci raund

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) «Daşkəsən Filizsaflaşdırma» ASC-nin özəlləşdirilməsini bir daha ertələyib. Kombinatın səhmlərini almağa maraq göstərən olmadığından investorlara daha 3 ay vaxt verilib.

Artıq bir ilə yaxındır ki, Daşkəsən filizsaflaşdırma kombinatını özəlləşdirmək cəhdləri uğursuzluqla nəticələnir. Hökumət investisiya müsabiqəsini 5-ci dəfə elan etməyə məcbur olub. Lakin sərmayəçilərin qarşısına qoyulan şərtlər dəyişmir. Komitədə hesab edirlər ki, ASC-nin 99,22 faiz səhminə görə 100 milyon manat pul tələbi ədalətli qiymətdir, onun sahib olduğu dəmir filizi yataqlarının ehtiyatlarının dəyərinə uyğundur.

Saytların yığılması Saytlarin yigilmasi

Özəlləşdirməyə açılandan istehsal dayanıb

Ötən ilin iyulunda özəlləşdirməyə açılandan bəri kombinatda dəmir filizinin hasilatı dayanıb. AzadlıqRadiosu istehsalın dayandırılmasının səbəblərini müəssisədən öyrənməyə çalışıb. Lakin burada məntiqli bir cavab verməyiblər.

Elə ƏMDK-nın özündə də «Daşkəsən Filizsaflaşdırma» ASC-nin özəlləşdirilməsinin uzanmasıyla bağlı hər hansı şərh vermirlər. Komitədə elan edilmiş müsabiqənin vaxtı yaxınlaşdıqca yenisinin elan edilməsiylə işi bitmiş hesab edirlər.

İnvestor kombinatın işini bərpa etməli, yeni zavodlar tikməlidir

Kombinatda çalışan 300-dən çox işçinin məzuniyyətə göndərilmədiyi, müvəqqəti işlərə cəlb olunduqları bildirilir. Şirkətin maliyyə durumu də sabit deyil və son 3 ayda dövlət büdcəsinə olan borcu 721 min manat artıb.

ƏMDK investorlardan, ən azı, 600 milyon dollar həcmində investisiya layihəsi istəyir. Layihə kombinatın işinin bərpasıyla yanaşı, idxalı əvəzləyən və ixracyönlü son məhsul istehsalını (polad künclük, şveller, pəstah, dəmir lövhə və s.) da əhatə etməlidir. Komitə kombinatın satışıyla bağlı 40-dan çox xarici şirkətlə təmas qurulduğunu bildirir. Hələ ki, irəli duran şirkət yoxdur.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button