2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Davudoğlu istefa verdi; AKP fövqəladə qurultaya gedir

Partiya sədrliyindən gedən baş nazir: «Heç kimə qəzəbim, küskünlüyüm yoxdur, haqqımı halal edirəm»

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir əhməd Davudoğlunun AKP sədrliyindən istefa verməsinə və mayın 22-nə təyin olunan fövqəladə qurultayda sədrliyə namizəd olmayacağı qərarına münasibət bildirib. Ərdoğan Davudoğlunun bu addımını «Xeyirli olsun. Baş nazirin öz qərarıdır» deməklə qiymətləndirib.

***

Saytların yığılması Saytlarin yigilmasi

AKP-nin birliyi üçün sədrlikdən gedirəm

AKP İdarə Heyətinin iclasından sonra Əhməd Davudoğlu media qarşısına çıxıb. O, jurnalistlərə AKP sədrliyindən istefa verdiyini və partiyanın fövqəladə qurultayında namizəd olmayacağını açıqlayıb:

«Əziz millətim, dəyərli vətəndaşlarım. Türkiyə baş naziri və AKP sədri olaraq hər birinizi salamlayıram. Son 25 ildə müasir tarixin ən köklü dönüş nöqtələrinin yaşandığı bir mərhələyə şahid oluruq. Akademik, baş nazirin baş müşaviri, səfir, xarici işlər naziri və baş nazir olaraq bu 25 ildə əziz millətimin xidmətində olmaq mənim üçün böyük fəxr olub. Partiyamızın birinci fövqəladə qurultayında sədrimiz hörmətli Rəcəb Tayyib Ərdoğandan müqəddəs bir əmanəti təhvil aldım. Həmin vaxt çıxışımda səsləndirdiyim fikirləri özümə şüar bildim.

 

Arxaya baxanda görürəm ki…

Arxaya baxanda bu dəyərlərin heç birindən vaz keçmədiyimi, gerçəkləşməsi üçün canla-başla çalışdığımı görürəm. Hesab edirəm ki, əziz millətimiz də buna şahiddir. 20 aylıq mərhələ üç hissəyə ayrılır. Birinci mərhələ 2014-cü ilin 28 avqustundan 2015-ci ilin 7 iyununa qədər olan müddətdir. Bu mərhələnin ən əlamətdar hadisəsi qurucu, xarizmatik bir liderdən sonra AKP-nin seçkiyə hazırlaşması idi. Keçmiş təcrübə göstərdi ki, xarizmatik liderlərdən sonra partiyalar güc itirməyə başlayır. Bir çox fikirlər səsləndirildi. 3 dönəmlik yoldaşlarla bağlı… Həmd olsun, mənim AKP-yə sədr olduğum müddətdə partiyada bir istefa, bir qardaş ixtilafı belə, yaşanmadı. Partiyamızın onurğasından heç nə əksilmədi. Keçmiş ANAP, DYP təcürəbələrini bilənlər bunu görürlər. Yenə 62-ci hökumət dönəmində hədəfim ölkəni seçkiyə aparmaq idi. «Paralel quruluş»un fəaliyyətləri, Suriyada baş verənlər və s. olaylar yaşandı. Şükürlər olsun ki, 62-ci hökumətimiz 7 iyuna ölkəni sabit şəkildə apara bildi. Daha sonra Kobani, 6-7-8 oktyabr olayları… Əhatəli təhlükəsizlik planını həyata keçirdik. Bu mərhələdə əsas hədəf hörmətli prezidentimizin dönəmindəki sərmayələrin problemsiz davam etdirilməsi, ölkənin iqtisadi istiqrarının qorunması idi. Osman Qazi körpüsünün iftixarını birlikdə yaşadıq. Nazirlər Kabinetinə rəhbərliyim dövründə heç bir layihənin icrasındə axsama olmadı.

 

Dumanlı havanı sevən bütün çaqqallar üzə çıxdı

İkinci mərhələ ən kritik olanı idi. Türk demokratiya tarixinin ən kritik dönəmi – 7 iyun – 1 noyabr. 13 illik iqtidar dönəmindən sonra partiyamızın çoxluğu qazana bilməməsinə görə dumanlı havanı sevən bütün çaqqallar üzə çıxmışdı. 7 iyunda partiyamızda hüzn vardı. O gün «AKP-nin yenidən Bismillah deyəcəyi bir gündür» dedim. Hamı şahid oldu ki, başımızı dik tutduq. Həmin vaxt bəyan etdim ki, biz bu ölkəni bir saniyə də hökumətsiz qoymayacağıq. Xaos, hökumətsizlik, iradəsizlik gözləyənlər qarşılarında dəmir kimi iradə gördülər. Çətin dövr idi. Müvəqqəti hökumət çətin qərarlar verməli idi. Suruçdakı hücum, ardınca DEAŞ, DHKPC, PKK hücumları ölkəmizi hərtərəfli savaşla qarşı-qarşıya qoymuşdu. Təhlükəsizlik qüvvələrinə bu təlimatı verdik: madam ki, savaş elan ediblər, ölkəmizin bütün dağları, dərələri, vadiləri, şəhərləri, məzarları terrordan təmizlənməyənə qədər mücadilə edəcəyik. Şükürlər olsun ki, güzşətə getmədik. AKP iqtidarı qarşıdakı mərhələdə də  iqtidarı bu güzəştlərə getməyəcək.

Terror hücumlarına baxmayaraq, 1 noyabr seçkisini keçirdik. Ortaya qürur duyacağımız bir nəticə çıxdı. 85 faiz iştirak, 97 faiz təmsilçilik və 49,5 faizlə gələn AKP iqtidarı. Bu nəticədə əməyi olan hər kəsə, seçicilərimizə təşəkkür etməyi borc bilirəm. Seçkidən sonra ilk qərarımız bu idi: madam ki, millətim güvəndi, 3 ayda bütün vədlərimizi yerinə yetirdim. Və bunun rahatlığını, qürurunu yaşayıram.

Dəqiqliklə deyirəm – 1 noyabr öncəsi 81 vilayəti dolaşaraq seçim meydanlarında verdiyim sözlərin heç biri yarımçıq qalmadı. Janla-başla çalışdım. Millət şahidimdir.

 

Son nəfəsimə qədər ona vəfa borcum olacaq

AKP sədri olaraq mayın 22-də fövqəladə qurultaya getmək qərarı verdim. Sual yarana bilər ki, 1 noyabrda məğlub olan müxalifət liderləri kürsüdə qala-qala niyə mən qurultaya qərar verirəm? Bu qərarımın hər hansı uğursuzluqla, peşmanlıqla əlaqəsi yoxdur.

Həyat insana çox şey öyrədir. Mənim dəyişməz prinsiplərim var. Tutduğum məqamların heç birini mən istəmədim. Heç bir vəzifə üçün lobbiçilik etmədim və ya tələb irəli sürmədim.

Həyatda inanmadığım heç nəyi müdafiə etmədim. İnandığım heç bir mövqedən də geri çəkilmədim.

Yoldan əvvəl yol arxadaşı sözü var. Mən yola çıxdığım arxadaşlarımın mənimlə olmalarını, olmadıqları zaman da mənə söyləmələrini istəyirəm.

Partiya rəhbərliyində son yaşananlar çox da önəm kəsb etmir. İlk imzanı mən atdım. Ancaq tətbiq edilən metodları münasib bilmədim. Bu mövzuda apardığım məsləhətləşmələr nəticəsində AKP-nin birliyi naminə dostların dəyişməsindənsə, sədrin dəyişməsinin daha doğru olacağını düşündüm.

Bu şərtlərlə sədrliyə namizəd olmağı düşünmürəm. Bütün arxadaşlar birlik və bərabərlik içində olmalıdır. AKP-nin taleyi sadəcə onun taleyi deyil, Türkiyənin taleyidir.

Prezidentlə dostluğumuz hər şeydən öndə gəlir. Son nəfəsimə qədər ona vəfa borcumu davam etdirəcəm. Onun şərəfi mənim şərəfim, onun ailəsinin şərəfi ailəmin şərəfidir.

Heç kimə qəzəbim, küskünlüyüm yoxdur. Haqqımı halal edirəm!».

 

***

AKP-nin fövqəladə qurultayının nə zaman keçiriləcəyi bəlli oldu. Türkiyə KİV xəbər verir ki, partiyanın Mərkəzi İdarə Heyəti qurultayın mayın 22-də keçirilməsinə qərar verib.

***

AKP-nin Mərkəzi İdarə Heyətinin bu günkü həlledici toplantısı başa çatıb. Baş nazir Davudoğlunun sədrliyi ilə keçən iclas 36 dəqiqə çəkib. Davudoğlu toplantıya təyin olunduğu vaxtdan 50 dəqiqə gec gəlib.

Toplantını nəticələri barədə Davudoğlunun mətbuat konfransı gözlənilir.

***

AKP-nin sədri postuna namizədlərin kimliyi məlum olub. Bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb.

Namizədlər sırasında Nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Binəli Yıldırım, Ədliyyə naziri Bəkir Bozdağ, Energetika və təbii sərvətlər naziri Berat Albayrak və hakim partiyadan Numan Kurtulmuş ilə Mehmet Əli Şahin var.

***

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (Adalet ve Kalkınma Partisi – AK Parti/AKP) fövqəladə qurultaya gedir. Bu barədə Türkiyənin siyasi kluarlarında məlumat dolaşır. Məlumat mediaya mayın 4-də AKP-nin sədri və baş nazir Əhməd Davudoğlunun ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla 1 saat 40 dəqiqə çəkən görüşündən sonra yayılıb.

Görüşdə müzakirə olunanlar barədə prezident administrasiyasından açıqlama vdrilməyəcəyi elan olunub. Bildirilib ki, bu, sıradan bir görüş idi.

Görüşdən çıxandan sonra iş kabinetinə gedən Davudoğlunun isə bu barədə mayın 5-də açıqlama verəcəyi deyilib.

Bununla belə CNN-Türk kanalındakı proqramlardan birində bu görüşü müzakirə edən Hürriyet qəzetinin yazarı Əbdülqadir Selvi və kanalın Ankara təmsilçisi Hande Fırat siyasi kulislərdən aldıqları bəzi məlumatları açıqlayıblar.

 

Onların dediyinə görə, AKP may ayında, cəmi bir neçə günün içində fövqəladə qurultaya getmək qərarı verəcək. Dəqiq tarix mayın 5-də partiyanın Mərkəzi İdarə Heyətinin toplantısında müəyyən ediləcək. Partiyanın hazırkı sədri Əhməd Davudoğlu isə fövqəladə qurultayda namizəd olmayacaq. Onun öz qərarını İdarə Heyətinin iclasında açıqlayacağı və iclasdan sonra mətbuat konfransı vasitəsilə mediaya elan edəcəyi gözlənilir.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button