SEÇMƏ

DÇ-2022: Yaponiya İspaniyanı məğlub edərək, növbəti mərhələyə çıxıb

Yayımlandı: 2 Dekabr 2022 01:05

Almaniya mundialla erkən vidalaşıb

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında bu gün daha 2 qrupda mübarizəyə yekun vurulub.

E qrupunda İspaniya millisi Yaponiya ilə, Almaniya isə Kosta Rika ilə qarşılaşıb. Bu qrupda mundialın sensasiyası yaşanıb. Yaponlar turnirin favoritlərindən olan İspaniya millisini 2:1 hesabı ilə məğlub etməklə, qrup qalibi kimi 1/8 finala çıxıb. Almaniya Kosta Rika üzərində 4:2 hesablı qələbə qazansa da, bu, onların qrupdan çıxmasına kömək etməyib.

Xal: Yaponiya – 6, İspaniya – 4, Almaniya – 4, Kosta Rika – 3

F qrupunda Kanada Mərakeşi, Xorvatiya Belçikanı sınağa çəkib. Kanada millisinin DÇ-2022 ilə vidalaşması daha əvvəldən məlum idi. Qrupdakı digər üç komanda isə 1/8 finala iki vəsiqə uğrunda mübarizə aparıb. Mərakeşlilər Kanadaya qalib gəlməklə, qrup lideri kimi növbəti mərhələyə yüksəlib. Xorvatiya isə Belçika ilə qolsuz heç-heçə sayəsində qrup ikincisi kimi 1/8 finala “bilet” alıb.

Xal: Mərakeş – 7, Xorvatiya – 5, Belçika – 4, Kanada – 0

Daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina və Polşa yığmaları 1/8 finala vəsiqə qazanıblar.

DÇ-2022, 3-cü tur

2 dekabr

H qrupu
19:00. Cənubi Koreya – Portuqaliya (“Edyukeyşn Siti” stadionu)
19:00. Qana – Uruqvay (“Al Janub” stadionu)

G qrupu
23:00. Kamerun – Braziliya (“Lusail” stadionu)
23:00. Serbiya – İsveçrə (Stadion 974)

Meydan TV

Gözdən qaçırmayın:  Qəbələ sakinləri : “Qaz yoxdur, oduna 700 manat pulumuz çıxır”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button