2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Demək hələ yaşamağa dəyər!

Eldəniz Quliyev

AXCP üzvlərinə qarşı növbəti hücumlar başlayıb… Böyük çətinliklə özünə iş yeri tapmış və evinə bir qismət çörək aparan cəbhəçilər (artıq neçənci dəfə!) yenə də hökumətin nişangahındadı!..
Vicdanını, Allahını, haqq və ədalət hissini itirmiş məmurlar, işləyən partiya üzvlərini müəyyənləşdirib, onların qarşısına konkret şərt qoyurlar: ya partiyadan istefa verməlisən, ya da öz işinə əlvida deməlisən! Görəsən, xəstə təfəkkürə malik və sözün əsl mənasında harınlamış belə məmurlar, insanları çörəklə imtahana çəkdiklərinin fərqində deyillərmi?!
Amma bu məsələdə məni heyrətə salan, sevindirən, bir qədər də kövrəldən bir məqam da var. İşıqlı məqam! Cəbhəçilərin mütləq əksəriyyəti onlara qarşı sərgilənən bu haqsızlığa, daha dəqiqi,həyasızlığa!- belə cavab verirlər: ” İşi itirmək böyük faciə deyil, nə vaxtsa iş yeri tapmaq olar… Ən əsası – ƏQİDƏdi! Çünki ONU itirsən… ömür boyu bir də tapa bilməzsən!
Dediyim “işıqlı məqam” da məhz budur! Və belə əqidə sahibləri varsa,deməli, hələ YAŞAMAĞA DƏYƏR!

Saytların yığılması Saytlarin yigilmasi

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button