2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

DİN əməliyyat keçirib

Bakıda narkotik alverçiləri yaxalanıb.
Moderator.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisində Hacıqabul rayon sakinləri Ayət Orucovdan və Pünhan Dostəliyevdən 6,415 qram, P.Dostəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı isə 450 qram marixuana aşkar edilərək götürülüb.
Bakı şəhər sakini Yaşar Mövsümovdan isə 3 kiloqram 345 qram marixuana götürülüb.
Fevralın 7-də Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da Bakı şəhər sakini Yaşar Mövsümovdan 3 kiloqram 345 qram marixuana aşkar edilərək götürülüb.
Həmin gün Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Taryel Ozbetaşvilidən 530 qram heroin götürülüb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button