2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşetİqtisadiyyat

Dollar kreditləri ilə bağlı prezidentə müraciət edildi – MİLLİ MƏCLİS

Milli Məclisin iclasında xarici valyitada verilmiş bank kreditləri ilə bağlı devalvasiyaıardan sonra yaranmış vəziyyətlə bağlı çıxışlar olub.

24saat.org xəbər verir ki, deputat Vahid Əhmədov dollar kreditləri ilə bağlı Konstitusiya Məhkəməsinin qərar qəbul etməsindən sonra vətəndaşlara güzəştlərin mümkünsüz olduğunu deyib. O bildirib ki, parlament tətildə olan zaman Konstitusiya Məhkəməsi dollarla götürülən kreditlərlə bağlı çox ciddi bir qərar qəbul edib. Qərara əsasən, əhali xarici valyutada götürdüyü kreditləri həmin valyutan ilə ödəmlidir. “Hesab edirəm ki, bu qərarın qəbul edilməsi əhali və banklar üçün çox ağır nəticələrə gətirib çıxaracaq. Bizə insanlar kreditlərlə bağlı müraciətlər edirdilər. Biz də banklara, Maliyyə bazarlarına Nəzarət Palatasına müraciət edirdik və insanlara müəyyən güzəştlər olunurdu. Bu qərarın qəbul edilməsi isə faktiki olaraq bu kimi halların qarşısını alır. Faktiki, insanların xarici valyutada olan kreditləri ödəmək imkanları yoxdur. Ona görə bu məsələ bank sistemində çox ciddi nəticələr yaradacaq”.

Vahid Əhmədov xarici valyutada olan kreditlərlə bağlı ölkə başçısına müraciət edib. “Cənab prezidentdən xahiş edirəm ki, xarici valyutada olan kreditlərlə əlaqədar məsələlərə aydınlıq gətirilsin və Azərbaycan hökuməti bu məsələ ilə əlaqədar müəyyən qərarlar qəbul etsin”.

Saytların yığılması Saytlarin yigilmasi

Deputat “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə olma müddəti artırılmasını da təklif edib. “Hazırda qüvvədə olan qanun gələn ilin mart ayında qüvvədən düşəcək. Bu qanun əmanətlərin 3 il müddətində tam sığortalanmanı nəzərdə tuturdu ki, bu müddət də gələn ilin martında yekunlaşır. Xahiş edirəm ki, ölkə prezidenti sənədin müddətini uzatsın. Çünki bank sektorunda vəziyyət ağırdır. Müddətin uzadılmaması əhalinin banklardan əmanətlərini geri çəkməsi ilə nəticələnə, banklarda kapitallaşma ilə bağlı problemlər yarada bilər. Onsuz da ağır vəziyyətdə olan bank sektorunda vəziyyət daha da ağırlaşa bilər”.

Deputat Əli Məsimli isə təklif edib ki, Azərbaycanda “Kredit risklərinin sığortalanması haqqında” qanun layihəsi hazırlanaraq qəbul olunmalıdır”.

O bildirib ki, bu qanuna ehtiyac var və bu qanunun mövcudluğu xarici valyutada verilən kreditlə bağlı mümkün gərginliyi azalda bilər.

Deputat həmçinin bu gün xarici valyutada kredit götürmüş, lakin qaytara bilməyən ölkə vətəndaşlarının vəziyyətinin nəzərə alınmasını, buna görə də “Müflisləşmə haqında qanun”da dəyişiklik edilməsini və qanuna fiziki şəxslərin də müflisləşməsi ilə bağlı maddələrin əlavə olunmasını təklif edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button